IQNA

İraqda dini tələbələr üçün milli Quran müsabiqəsinə start verilib

10:12 - October 08, 2022
Xəbər sayı: 3493037
oktyabrın 7-də müqəddəs Kazimeyn hərəmində İraqdakı elmi hövzənin və dini məktəblərin tələbələri üçün Qurani-Kərimin hifzi və qiraəti üzrə milli müsabiqənin dördüncü mərhələsinə start verilib.

"İQNA", İraqdan xəbər verir ki, bu yarışlar müqəddəs Kazimeyn hərəmində yerləşən “Həmzə ibn Əbdülmütəllib” zalında keçiriləcək. Bu yarışların qalibləri müxtəlif ölkələrdə keçiriləcək beynəlxalq Quran yarışlarına göndəriləcək.

Bu yarışmalar İraq Şiə Vəqf İdarəsinə bağlı Milli Quran Elmləri Mərkəzi tərəfindən və “İraqı təmsil etmək hər kəs üçün şərəfdir” şüarı ilə təşkil olunur. İştirakçılar Quranın tam əzbərlənməsi və qiraəti üzrə iki sahədə yarışırlar.

Bu yarışların təşkili üzrə koordinasiya iclası “Şeyx Əyad Əl-Kəbi”nin, hakimlər komitəsinin rəhbəri, münsiflər heyətinin üzvləri və bu yarışlarda iştirak edən qari və hafizlərin iştirakı ilə keçirilib. Orada hakimlər komitəsi tərəfindən yarışların keçirilməsi mexanizmi araşdırılmış və hakimlik qaydaları izah edilmişdir.

4090097

captcha