IQNA

BMT Yəmənə humanitar yardımı artırmağa çağırıb

19:59 - October 17, 2022
Xəbər sayı: 3493096
Birləşmiş Millətlər Təşkilatı (BMT) baş katibinin humanitar məsələlər üzrə köməkçisi Coys Msuya Yəmənə humanitar yardımın artırılmasına çağırıb və bu ölkədə aclığın milyonlarla insana təsir edə biləcəyi barədə xəbərdarlıq edib.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) BMT rəsmisi Msuya 9 günlük Yəmənə səfərindən sonra verdiyi yazılı açıqlamada Yəməndə 23,4 milyon insanın humanitar yardıma ehtiyacı olduğu, 17 milyon insanın isə ərzaq təhlükəsizliyindən məhrum olduğuna diqqət çəkib.

Yəmənin pis qidalanma baxımından dünya reytinqlərinin başında olduğunu qeyd edən Msuya 1 milyon 300 min hamilə və ya əmizdirən qadının və 5 yaşdan kiçik 2 milyon 200 min uşağın kəskin qida çatışmazlığı səbəbindən müalicəyə ehtiyacı olduğunu bildirib.

Donorların öhdəliklərini yerinə yetirməməsi halında milyonlarla insanın aclıq təhlükəsi ilə üzləşdiyinə diqqət çəkən Msuya Yəmənə humanitar yardımların artırılmasını istəyib.

Ad:
E-poçt:
* Comment:
captcha