IQNA

Misirdə “Şeyx Əl-Əzhər” Quran yarışı keçirib

9:31 - October 18, 2022
Xəbər sayı: 3493100
Əl-Əzhər Məktəbləri Təşkilatı “Şeyx Əl-Əzhər” illik Quran yarışmasında könüllülərin iştirakı üçün qeydiyyatın başladığını elan edib.

"İQNA", "Sədyul-Bələd"-ə istinadən xəbər verir ki, bu yarışlar hər tədris ilində və Əl-Əzhər şeyxi Əhməd Ət-Tayyibin nəzarəti altında Əl-Əzhər məktəblərinin şagirdləri arasında keçirilir.

Əl-Əzhər Məktəbləri Təşkilatı rəsmisinin sözlərinə görə, bu idarədə bu yarışların təşkilinə Qurani-Kərim İşləri Baş İdarəsi cavabdehdir. Həmçinin yarışlar Misirin bütün əyalətlərində bu mərkəzə bağlı idarələrin koordinasiyası ilə keçirilir.

Bu əsas müsabiqə Misirdə və dünyada ən yaxşı Quran istedadlarını müəyyən etməklə tanınır.

4092384

captcha