IQNA

Üçüncü gecə qarilərinin adət olunmamış səsləri və Bruney təmsilçisinin uğurlu qiraəti

12:04 - October 22, 2022
Xəbər sayı: 3493123
Musiqi ustası və səs müəllimi Malayziyada keçirilən Beynəlxalq Quran Müsabiqəsinin üçüncü gecəsində müsabiqə iştirakçılarının qiraətlərini təhlil edərkən, bu gecənin əksər qiraətlərini sönük, adət olunmamış və riski az olduğunu bildirib. Bruney təmsilçisi musiqinin texnikası və işlənməsi və muğamların klassik ifası baxımından özünü yaxşı göstərib. Bir-iki dəfə yanlış vəqf etməsinə və səhv başlamasına baxmayaraq, Qari yarışın üçüncü gecəsində uğurlu çıxış edib.

"İQNA"-nın Kuala-Lumpura göndərdiyi müxbirinin verdiyi məlumata görə, Malayziya Quran yarışlarında İranın seçilən qarisi Məsud Nuri ilə birlikdə İran nümayəndə heyətinin ustad qarisi Nüsrətullah Hüseyni bu yarışların üçüncü gecəsinin qiraətlərini təhlil edərkən deyib: "Birinci iştirakçı Əlcəzairdən olan Əbdüləziz Səhim yaxşı səsə malik idi. O, qiraətini Nafidən Vərş tərzində oxudu. Əbdül Basit Məhəmməd Əbdül Səmədin üslubundan götürülmüş bir üsluba sahib idi. Muğamların tamamlanmasına o qədər də fikir vermirdi".

Ustad Hüseyni Şri-Lankadan olan Məhəmməd Rəşadın qiraəti haqqında da deyib: "Nəfəsi az idi və bəzi hallarda vəqfində və birləşdirmələrində problemlər müşayiət edirdi. Əlbəttə ki, onun yaxşı bacarıqlara malik olduğunu qeyd etmək lazımdır. Ancaq yarışda lazımi təcrübəyə sahib deyildi. Səsini tam olaraq tanımırdı".

Taylandlı Dara Mutasia dünən Malayziya müsabiqəsində üçüncü nəfər idi ki, qiraət etdi. Ustad Hüseyni bu Cənub-Şərqi Asiya qarisinin qiraəti haqqında belə deyib: "O münasib tonda qiraətinə başlamadı. Onun səsi qiraət bitənə qədər boğuq idi. O, lazımi səs elastikliyinə malik deyildi. Ümumiyyətlə, təcvidi yaxşı deyildi".

O, bu yarışmada iştirak edən Misir təmsilçisi Məhəmməd Ələddinin qiraətinə toxunaraq dedi: "O, müsabiqədə qiraət və müğamlarla tam tanış deyildi. Bir çox iştirakçı kimi onun da hazır səsi yox idi.

Bu Quran qarisi daha sonra hollandiyalı Əxtər Nuraninin qiraətinə işarə edərək dedi: "Onun bəm və melodik səsi var. İlk dəqiqələrdə o qədər də məharətinin olmadığını göstərdi. Nəfəsi uzun olmadığı üçün çox ehtiyatla oxudu.

 O, bildirdi ki, iraqlı Qari Xanım Rim Əl-Sədın yüksək biliyi və təcrübəsi yox idi. Bu qiraətçinin qiraətində hərarət və hiss yox idi. Muğamlarda səhvləri var idi. Ümumiyyətlə, qiraətində az risk edirdi.

Ustad Hüseyni Bruneydən olan Məhəmməd ibn Əlinin qiraətini də araşdırıb və belə deyib: "O, qiraətinə münasib tonda başlamamışdı və bir az da aşağı idi. Bu səbəbdən qiraətin ilk dəqiqələri zəif keçdi və lazımi duyğu yox idi. Bruney təmsilçisi musiqinin texnikası və işlənməsi və muğamların klassik ifası baxımından özünü yaxşı göstərib. Bir-iki dəfə yanlış vəqf etməsinə və səhv başlamasına baxmayaraq, Qari yarışın üçüncü gecəsində uğurlu çıxış edib.

Kanadadan Məhəmməd Muzzəmmil Hüseynin güclü və rezonanslı səsi var idi. Amma ilk dəqiqələrdə muğamlarda səhv etdi. O, qiraət üçün lazım olan səsə sahib idi. Lakin lazımi təcrübəyə malik deyildi.

4093426

 

captcha