"İQNA"-nın Malayziyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, 62-ci Malayziya Beynəlxalq Quran Müsabiqəsinin bağlanış mərasimi Kral Sultan Abdullah Əhməd Şah, Malayziya Kraliçası Tunku Əzizə Əminə İskəndəriyyənin iştirakı ilə Kuala Lumpur konqres zalında keçirilib. Bu mərasimdə yüksək səviyyəli dini və islam rəsmiləri, münsiflər heyəti, müsabiqə iştirakçıları ilə yanaşı ölkələrin səfirləri, o cümlədən İran İslam Cümhuriyyətinin səfiri Əli Əsgər Məhəmmədi də iştirak edib.
Bu tədbir aparıcıların tamaşaçıları üç dildə, ingilis, ərəb və malay dillərində salamlaması ilə keçirilib. Bu müsabiqənin qalibləri hədiyyələr alıblar.
Mərasimdə müsabiqənin münsiflər heyətinin və icraçı heyətin rəhbəri xanım Haccə Həkimə bint Məhəmməd Yussif çıxış edib. Yarış zalı çoxlu sayda iştirakçı, Malayziya vətəndaşları və Quran proqramları ilə maraqlananlarla dolub.
Bu mərasimdə müsabiqənin nəticələri açıqlanıb. Qadınlar bölməsində Malayziya, Sinqapur, İndoneziya, Bruney və Əfqanıstan təmsilçiləri sıra ilə birinci-beşinci yerləri tutublar. Kişilər bölməsində də Bəhreyn, Malayziya, İndoneziya, İraq və Sinqapur qiraətçiləri sıra ilə birinci-beşinci yerləri qazanıblar.
4094211