IQNA

Təkəbbür insanın süqutuna səbəb olur

14:50 - October 25, 2022
Xəbər sayı: 3493143
İnsanların çoxu ibadət və xeyirxah işlər görməklə Allaha yaxınlaşmağa çalışır. Lakin bu ibadətlər və yaxşı əməllər qürur və özünübəyənməklik yarada bilər. Bu halda nəinki davranışlarımız bizi Allaha yaxınlaşdırmır, həm də Allahdan uzaqlaşmağımıza və Allahın əmrlərinə itaətsizlik etməyimizə səbəb olur.

Şeytanın səcdə etməməsi və Allahın qapısından qovulması hekayəsi məlum hekayədir. Lakin burada gizlədilən məqamlar var ki, onları təkrarlamaq və xatırlamaq lazımdır.

Allah "Əraf" surəsinin 11-ci ayəsində buyurur: "Sizi (babanız Adəmi) yaratdıq, sonra sizə surət verdik və mələklərə: Adəmə səcdə edin! - dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı".

Burada Allah mələklərə buyurur ki, Adəmə deyil, Adəmi xəlq etdiyimə görə Mənə səcdə edin. Lakin İblisin təkəbbürü və küfrdə tələsik olması onun Allahın əmrini düzgün başa düşməməsinə səbəb oldu. Bu itaətsizlik üzündən Allahın rəhmətindən məhrum oldu.

Təkəbbür və özünə yersiz inam şeytanın ən güclü tələlərindəndir və insanın süqutuna səbəb olur. Bu çirkin xüsusiyyətə malik olan insan səhv təhlildən əziyyət çəkir və özünü məhvə aparır.

“Əraf” surəsinin 34-cü ayəsində Allah buyurur: "Hər bir ümmətin bir əcəli (əzəldən müəyyən edilmiş ölüm vaxtı) vardır. Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə dala qalar, nə də qabağa keçə bilərlər!."

Allah bu ayədə heç bir xalqın əbədi olmadığını açıq şəkildə bildirir. Necə ki, insanların şəxsi həyatında bir son var və ölüm onlara gəlir, xalqların və insan cəmiyyətlərinin də insanlar kimi sabit və məhdud bir həyatı var.

Həyat və ölüm qanunu insanlara xas deyil. tayfaları, əhalini və cəmiyyətləri də əhatə edir. Bu fərqlə ki, millətlərin ölümü çox vaxt haqq və ədalət yolundan sapıb zülmə, şəhvətə və həddindən artıq dəbdəbəyə meyl etməkdən qaynaqlanır. Necə ki, Allah buyurur: "O kəslər ki, dinlərini oyun-oyuncaq (əyləncə) etmiş və (fani) dünya həyatı onları aldatmışdı. Onlar bu günə qovuşacaqlarını unutduqları və ayələrimizi (bilə-bilə) inkar etdikləri kimi, Biz də onları bu gün unudarıq!" (Əraf, 51).

captcha