IQNA

Şarcə Beynəlxalq Kitab Sərgisində nadir İslam əsərlərinin sərgisi

10:45 - October 30, 2022
Xəbər sayı: 3493165
Nadir ərəb və islam əlyazmaları ilk dəfə Şarcə Beynəlxalq Kitab Sərgisində nümayiş etdiriləcək.

"İQNA", "Khaleej Times"-a istinadən xəbər verir ki, 41-ci Şarcə Beynəlxalq Kitab Sərgisi (SIBF) bütün ziyarətçilərə çoxəsrlik nadir ərəb və islam kitablarını və əlyazmalarını görmək imkanı təqdim edir. Onların bəziləri isə eramızın 13-cü əsrinə aid əlyazmalardır.

Bu əsərlərdən bəziləri ilk dəfə olaraq bu sərgidə nümayiş etdirilir. Bu nadir əsərlər arasında biz Peyğəmbərin (s) şəcərəsinin nadir zərli şəcərə ilə mətnini qeyd edə bilərik.

Həmçinin, burada Qurani-Kərimin 15-16-cı əsrlərə aid naxışlı və zərli səhifələri də daxil olmaqla nadir əlyazmalar toplusu var. Sərgidə nümayiş olunacaq digər mühüm əsərlər arasında 17-ci əsrə aid “Varlıq möcüzələri” adlı kosmoloji əlyazma da var.

Bu sərgi Müqəddəs Ürək Katolik Universiteti və İtaliyanın Ambrosian Kitabxanası ilə əməkdaşlıq çərçivəsində keçirilir. Bu il İtaliyadan olan əsərlər bu sərgidə fəxri qonaq qismində iştirak edəcək.

Şarcə Kitab Sərgisi Noyabrın 2-dən 13-dək keçiriləcək.

4095324

captcha