"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, İngiltərənin paytaxtı Londonda keçirilən "Sothebys" hərracında Səlcuqlular dövrünə aid miniatür dekorativ Quran 3 milyon 709 min 440 Misir lirəsinə bərabər olan 138 min 600 funta satılıb.
Bu hərrac evi "İslam Dünyası və Hindistan İncəsənətləri" adı altında keçirdiyi hərracda yuxarıda adı çəkilən Quran nüsxəsinin hərracına 50.000-80.000 İngilis funt sterlinqi arasında təxmin edilən qiymətlə başladı.
Bu hərracda şərq xalçaları, o cümlədən əllə toxunmuş İslam xalçaları, müxtəlif forma və dizaynda çoxlu kağız əlyazmaları və Qurani-Kərimlər təklif olunub.
Bu hərracda satılan Qurani-Kərimin əlyazması 284 səhifədir və hər səhifədə qara mürəkkəblə yazılmış 15 sətir var. Onun ayələri qızılı gül şəkilləri ilə bir-birindən ayrılır. Quranın surələrinin adları da qızıl hərflərlə yazılmışdır. Onun ayələri qara mürəkkəblə parlaq səhifələrdə yazılmışdır.
Bu hərrac evi Quranın sözügedən nüsxəsinin 12-ci əsrə, 11-ci əsrin sonu ilə 13-cü əsrin əvvəllərinə aid olduğunu bildirib.
4095526