
Fani dünyada olduğumuz zaman itirməyə hazır olmalıyıq. Amma önəmli olan onu dəyərli etmək üçün necə itirməkdir.
Tarix boyu bəşəriyyəti daim narahat edən məsələlərdən biri də məhv olmaq və itmək qorxusudur. Bu səbəbdən də həmişə bu azalma və məhvin qarşısını almaq üçün bir yol axtarmışdır.
İnsan nəyisə çox mühüm hesab edib ona çox güvənirsə, onu itirməkdən mütləq çox təsirlənəcək. O var ikən bir gün onu itirə biləcəyi qorxusu var. Dünyanı və onun mənafeyini böyük hesab edən insan onun itkisinə dözə bilməz. Halbuki bu fikir reallığa uyğun deyil.
Quran və hədislər bu dünyanı fani dünya hesab edir və insanlara deyir ki, ona çox arxalanmayın. Bura qalmaq yeri deyil: "De: Dünya malı azdır, axirət isə təqvalılar üçün daha xeyirlidir" (Nisa, 77).
Biz fani dünyada yaşadığımız zaman itirməyə hazır olmalıyıq. Beləliklə, biz mütləq itirəcəyik, amma dəyərli olması üçün necə itirdiyimiz vacibdir.
Biz ölümün qarşısını ala bilmərik. Amma "necə yaşamalı" və "necə öləcəyimizi" seçə bilərik. Uşaqlığımızı, gəncliyimizi, həyatımızı və bütün bu kimi sərvətlərimizi mütləq itirəcəyik. Yaşlanmağı dayandırmaq olmaz, amma önəmli olan bu həyatın necə itirildiyi və əvəzində nə qazandığımızdır.
Həyat boyu biz daim əldən veririk, sadəcə olaraq bu itkilərə dəyər bir məqsəd və yol seçmək lazımdır.
Bilsək ki, bu dünyadan sonra qarşıda daha keyfiyyətli və daha yaxşı bir dünya var, biz daha dünya üçün kədərlənməyəcəyik, ölüm üçün narahat olmayacağıq. Çünki ümumiyyətlə ölüm yoxdur, sadəcə olaraq bu dünyadan başqa dünyaya bir keçiddir.
Həyatı yaşamağa dəyər edən mükəmməlliyə nail olmaqdır. Ömrümüzü kamilliyə aparan yolda keçirməliyik. Onun ilk addımı bu dünyada vəzifəmizin nə olduğunu və nə etməli olduğumuzu dərk etməkdir.
3928730