IQNA

İngiltərənin York Məscidi, yeni müsəlmanlara ən yaxşı xidmət mükafatına namizəddir

11:33 - November 03, 2022
Xəbər sayı: 3493194
İngiltərədəki York məscidi yeni müsəlmanlara diqqətə layiq xidmətlər göstərdiyinə görə dünyanın ən yaxşı məscidlərinin illik mükafatını almasına namizəd olub.

"İQNA", "York Press"-ə istinadən xəbər verir ki, Tonghalldakı York Məscidi və İslam Mərkəzi, dünya üzrə minlərlə məscidi araşdıran 2022-ci il "Britishbeaconmosque" Mükafatlarında "Yeni Müsəlmanlara Ən Yaxşı Xidmət" nominasiyasına layiq görülüb.

Münsiflər finala qalanları qiymətləndirəcəklər. Ümumi səsvermə 26 noyabr şənbə günü başa çatacaq və qaliblər 27 noyabr bazar günü elan ediləcək.

Yeni Müsəlman Qadınlar Qrupunu quran Kirsti deyir: "Düşünürəm ki, bizim namizəd olmağımız heyrətamizdir. Mən bu qrupu 2019-cu ildə açdım və korona virusunun yayılmasına baxmayaraq çox inkişaf etmişik".

4096427

captcha