IQNA

Cənubi Koreyada müsəlmanlara hörmətsizlik edilib

12:22 - November 04, 2022
Xəbər sayı: 3493196
Cənubi Koreyanın Daequ şəhərində naməlum qrup bişmiş donuz başını tikinti sahəsinə qoyaraq məscidin tikintisinə etiraz edib.

"İQNA", "Yonhap"-a istinadən xəbər verir ki, Cənubi Koreyanın Daequ şəhərində məscid tikintisi ilə bağlı məsul şəxslərlə həmin ərazidə yaşayan sakinlər arasında iki ilə yaxındır ki, mübahisələr davam edir.

Bununla əlaqədar olaraq naməlum şəxslər Daequ şəhərində məscidin tikinti sahəsinin yaxınlığındakı evin girişinin qarşısındakı kürsüyə bişmiş donuz başını qoyublar.

Oktyabrın 27-də məscid tikiləcək yerdə ilk dəfə olaraq donuz ətinin bişirilməsi məscid tikintisinin məsul şəxsləri ilə həmin ərazidə yaşayan bəzi sakinlər arasında gərginliyə səbəb olub.

Bu məscidin tikintisi ilə məşğul olan məsul şəxslər isə dinlər arasında birgə yaşayışın zəruriliyini vurğulayır və bu məkanı tikməyə davam edirlər. Bəzi insanlar məscidin tikintisi olan yerdə donuz əti bişirməklə müsəlmanları təhqir etmək istəyirlər.

Daegudakı Bokgu Rayon Bələdiyyə Şurası bu mübahisəyə müdaxilə etmək hüququna malik olmadığını bəyan edib. Polis açıqlayıb ki, bu sahədə konkret cəza qaydaları olmadığı üçün heç bir tədbir görə bilmirlər.

Bir qrup sakinin etirazı ilə bu məscidin tikintisi dayandırılıb. Bir halda ki, birinci instansiya məhkəməsi və apellyasiya məhkəməsi məscidin tikintisinə göstəriş verib.

4096577

captcha