IQNA

Kaliforniya yeni məscidə sahib olacaq

22:01 - November 06, 2022
Xəbər sayı: 3493216
Kaliforniya ştatının Monterey şəhərində ilk "Carmel-by-the-Sea" məscidinin dizaynının təxminən dörd ildən sonra təsdiqinə və tikintisinə başlanıldı.

"İQNA", "Hamilton County Reporter"-ə istinadən xəbər verir ki, Hakimin bu məscidin tikintisinə mane olmaq cəhdinin qarşısını aldıqdan təxminən üç il sonra Salam təşkilatı öz planını təsdiqləyib tikintisinə başlaya bildi.

Salam qurucularının bu məscidi və İslam həyatı mərkəzini tikmək ideyası təxminən on il əvvəl olub.

Salam təşkilatının katibi Məryəm Qureyşi Əhmədi deyib: "Şənbə günü bu məscidin və İslam mərkəzinin tikinti mərasimi başladı".

Salam ilk dəfə 2018-ci ildə bu məscidin tikintisinə icazə almaq üçün Karmel şəhərinin rayonlaşdırılmasının dəyişdirilməsini təklif edib. Şəhər şurasının razılığına baxmayaraq, bir sıra sakinlər bunun əleyhinə ərizə yazdıqdan və onların səs-küyün artması və nəqliyyat təhlükəsi potensialından danışmasından sonra tikinti dayandırıldı.

Lakin hakim onların tələbini rədd etdi və planın davam etdirilməsinə icazə verdi.

4097435

captcha