IQNA

Quranın qızıl kağızlara yazılmış nüsxəsinin təqdimatı

11:50 - November 10, 2022
Xəbər sayı: 3493240
Qurani-Kərimin qızıl kağızlara yazılmış nəfis nüsxəsinin nümayişi Şarcə Beynəlxalq Kitab Sərgisinə gələnlərin diqqətini çəkib.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Şarcə Beynəlxalq Kitab Sərgisində Qurani-Kərimin nəfis və nadir nüsxəsinin təqdimatı ziyarətçilərin gözünü qamaşdırıb.

Bu unikal versiya Qurani-Kərimin eramızın 13-cü əsrinə aid mövcud olan ən qədim nüsxələrindən biridir. Bu dəyərli əsər Avstriyanın “Ədiva” stendində nümayiş etdirilib. Burada İslam xəttatlığının bir sıra şah əsərləri və qədim tarixi xəritələr də nümayiş etdirilib.

"Ədiva"-nın müdiri və naşiri DePaul Strozel deyib ki, bu, nadir və tarixi nüsxədir. Çünki o, 13-cü əsrə aiddir və İraqda tapılıb. Bu əsər xalis qızıl vərəqlərinə yazılmış İraq incəsənətinin şah əsərlərindən biridir.

O, bildirib ki, bu versiyanın cəmi 10 nüsxəsi var. Bir nüsxənin qiyməti 500.000 dirhəmdir, onlardan biri sərginin ilk günlərində satılıb.

DePaul Strozel qeyd edib ki, bu Quran nüsxəsindən əlavə, "Ədiva" stendində bir sıra qədim əlyazmalar, eləcə də Orta əsrlərə aid dəniz xəritələri, o cümlədən qədim dünyanın xəritəsi, Afrika qitəsinin xəritəsi də var. Həmçinin bu sərgidə coxlu bədii və tarixi dəyəri olan Osmanlı İmperiyasının xəritəsi də nümayiş etdirilib.

4097899

captcha