IQNA

Şarcə sərgisində Quranın ən kiçik nüsxəsi nümayiş olunub

12:28 - November 11, 2022
Xəbər sayı: 3493242
Avstriyadakı bir nəşriyyat Quranın ən kiçik nüsxəsini Şarcə Beynəlxalq Kitab Sərgisində nümayiş etdirib.

"İQNA", "Ər-Rəcul"-ə istinadən xəbər verir ki, 40-cı Şarcə Beynəlxalq Kitab Sərgisində Avstriyanın “Unlibers and Antiquities Forum” nəşriyyatı bəziləri ərəb dilinə tərcümə edilmiş qədim və nadir tarixi sənədləri və əlyazmaları nümayiş etdirib.

Bu nəşriyyat şirkətinin Şarcədəki ofisinin direktoru Yusif Əl-Təmimi "BƏƏ" Xəbər Agentliyinə müsahibəsində deyib: "Bu şirkət 1883-cü ildə yaradılmışdır. Burada 40000 kitab, nadir əlyazmalar və bədii rəsmlər var. Onun dünyada bir çox filialı var. Onlardan biri BƏƏ-nin Şarcə şəhərində yerləşir.

O, bildirib ki, şirkətin aktivlərinin böyük hissəsi beynəlxalq hərraclardan əldə olunub. Bu şirkət əsasən tibb, astronomiya, əczaçılıq və bir çox başqa mövzularda Avropa və ərəb dünyasına aid əlyazmaların əldə edilməsində maraqlıdır.

Əl-Təmimi əlavə edib ki, Quranın ən kiçik nüsxələrindən biri bu nəşriyyat tərəfindən sərgilənib. O, miladi təqvimi ilə 18-ci əsrə aiddir və qiyməti 35 min avro olaraq qiymətləndirilir.

4098154

 

captcha