IQNA

Qurana görə haram yeməklər

11:53 - November 17, 2022
Xəbər sayı: 3493274
Quran surələrinin müxtəlif ayələri üzərində düşünərək anlayırıq ki, dünyada var-dövlət qazanmaq və ticarətlə məşğul olmaq dini baxımdan bəyənilir.

İlahi peyğəmbərlər maddi kapitala sahib olmağı tövsiyə ediblər. Çünki bu, dünya həyatı üçün zəruri və rahatlıq yaratmaq üçün bir səbəbdir.

Dünya malına bağlı olmamaq, ehtiyacı olana mal vermək, halal mal qazanmaq, insanları günaha sövq edən şeylərdən uzaq durmaq Quranın tövsiyələrindəndir.

Digər mühüm məsələ halal və təmiz qidaları yeməyə diqqət yetirməkdir. Həmçinin bir çox ayələrdə halal mal əldə etməyin Allah yolunda cihad qədər vacib olduğu və haram yollara sərf edilməməsi vurğulanır. “Bəqərə” surəsinin 188-ci ayəsi bu məsələni belə ifadə edir: "Bir-birinizin mallarını haqsız yerə yeməyin. Xalqın malının bir qismini (onun sizə haram olduğunu) bilə-bilə günah yolu ilə yeməyiniz üçün onu (malınızı) hakimlərə (rüşvət) verməyin!".

"Nur" təfsirində "Tədlu" kəlməsinin quyuya taxta vedrə sallamaq mənasını verir ki, bu ayədə rüşvət verməyə bənzədilir. Rüşvət ictimai fəsada səbəb olan böyük günahlardandır. O cümlədən ədalətin aradan qaldırılması, hökmdar və hakimin fəsadları, ümumi etimadın itirməsinə səbəb olur.

“Nisa” surəsinin ikinci ayəsində haram malların əldə edilməsi ilə bağlı başqa bir məsələyə də toxunulur və bütün insanlara yetim uşaqların malını əldə etmək qadağan edilmişdir: "Yetimlərin mallarını (həddi-büluğa çatdıqda) özlərinə verin və pisi (haramı) yaxşı ilə (halalla) dəyişdirməyin! (Yetimlərin malı sizə haram, öz malınız isə halal olduğu halda, onları bir-birilə dəyişməyin!) Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır".

"Nur" təfsirində verilən izahlara görə, İslam məhrum və zəif təbəqənin himayədarıdır. Yetimlərin də mülk haqqı vardır və onların malını zorla əldə etmək olmaz.

Dini təlimlərdə də yetimlərin keyfiyyətli malını ucuz malla dəyişməyin böyük və bağışlanmaz günah olduğu vurğulanır.

 "Ənam” surəsinin 121-ci ayəsində biz başqa bir haramla tanış oluruq və biz onları yeməkdən çəkinməliyik.

"Üstündə Allahın adı çəkilməmiş heyvanların ətindən yeməyin. Bu, şübhəsiz ki, günahdır. Həqiqətən, şeytanlar öz dostlarına sizinlə mücadilə etmək üçün (çirkin fikirlər və yaramaz əqidələr) təlqin edirlər. Əgər onlara itaət etsəniz, şübhəsiz ki, siz də müşrik olarsınız".

Bu ayədə qeyd olunan qaydaya əsasən, heyvan kəsmək Allahın adını zikr etməklə edilməlidir. Buna diqqət yetirmək lazım və zəruridir. Buna formal bir iş kimi baxmaq olmaz.

Halal malı yeməyin zəruriliyi və halal malı əldə etməyin vacibliyi bu ayədə çox açıq şəkildə ifadə edilir. Çünki Allahın vədinə əsasən, haram yemək insanı şeytani təlqinləri qəbul etməyə hazırlayır.

"Zuxruf" surəsinin 51-ci ayəsi də var-dövlətini və sərmayəsini mənfi və qeyri ilahi yollarda istifadə edənlərdən bəhs edir.

Quran ayələrinə görə, Firon kimi bir kafir də dünya malından sui-istifadə etdiyi üçün Allahdan üz döndərdi. Özünü Rəbb hesab etdiyi və dünyanın hakimi olduğunu düşündüyü üçün insanları köləliyə məcbur etdi.

Firon deyirdi ki, mən sizin Rəbbinizəm. Görmürsünüzmü, Misir hökuməti mənim əlimdədir, taxtımın altından çaylar axır?! Yəni sərvətindən sui-istifadə edib. Elə insanlar var ki, öz malından sui-istifadə edir, insanları kölə edir.

İmam Rza (ə) da bu suala cavab verir ki, ən yaxşı sərvət hansı sərvətdir? Buyurdu: "Ən yaxşı sərvət o maldır ki, sənin izzətini qoruyar, səni yoxsulluqdan və dilənçilikdən qoruyar" (Biharul-ənvar, cild 75, səh.352).

4096841

captcha