IQNA

İslam dünyasının məşhur alimləri / 7

Sahir Kəbi, Məscidül-Əqsa Müshəfinin xəttatıdır

11:45 - November 27, 2022
Xəbər sayı: 3493322
Sahir Kəbi müasir Fələstin xəttatlarından biridir ki, onun əsərləri və rəsmləri müqəddəs dini mətnlərlə qarışıb. Məscidül-Əqsa Müshəfi isə onun dinə və Qurana xidməti istiqamətində ən mühüm bədii fəaliyyətidir.

"İQNA", bildirir ki, Ərəb xəttatlığı, ərəb hərfləri ilə yazı yazmaq və onları müxtəlif üsullarla tərtib etmək sənətidir. Bu sənət məscidləri, sarayları, əntiq əşyaları, kitabları, xüsusən də Qurani-Kərimləri və qaynaq kitablarını bəzəmək üçün istifadə edilən ərəb və İslam oymalarından bəhs edir.

Ərəb xəttatlığı sənəti müsəlman rəssamlar tərəfindən rəğbətlə qarşılanıb. Bu müsəlman sənətkarlardan biri də bu ərəb sənətini İraqda öyrənmiş və yeddi il Bağdadda yaşayan fələstinli sənətkar Sahir Nasir Sədan ibn Kəbidir. O, bu şəhərdə xəttatlıq müəllimlərindən və ən məşhur ərəb xəttatlarından Abbas Əl-Bağdadinin hüzurunda ərəb xəttatlığının qayda və prinsiplərini öyrənmişdir.

O, ərəb xəttatlığı üzrə sertifikat aldı və xəttatlıq sənətinin prinsipləri üzrə sertifikatlı xəttat kimi Fələstinə qayıtdı.

O, “Dubay Müshəf”inin (BƏƏ-nin milli Quranı) bir hissəsini, dünyanın ən böyük Quranı olan “Şam Müshəf”ini və Mahmud Dərvişin poeziyasından bəzi şerləri xəttatlıq edib. və bu ayələri Ramallah şəhərindəki muzeyində yerləşdirib .

Sahir Kəbi, həmçinin sənəti ilə İslam dünyasına bir çox rəsm və sənət əsəri təqdim etmişdir ki, bunlardan ən əhəmiyyətlisi Əl-Əqsa Məscidinin Müshəfinin (Fələstinin Milli Quranı) xəttatlığıdır. Onun haqqında belə deyir: "Bu Quranın keyfiyyətini qorumaq və sağlam qalması üçün o, təbii turşusuz kağız üzərində yazılmışdır. Həmçinin içərisində istifadə olunan kağız təbii materiallarla yazılması asan olması üçün seçilmişdir.

Bu Quran əlyazma şəklində yazılmışdır və Əl-Əqsa məscidinin əlyazmasından ilk nüsxədir.

O, Fələstində yazılan ilk Quran olaraq, Sahir Kəbinin təşəbbüsü ilə Osman Taha xətti ilə yazılmış "Məscidül-Əqsa" Müshəfidir; O, Qüdsü xatırladır və böyük nailiyyətdir və Fələstinin suverenliyinin simvoludur. Sahir Kəbi bu Quranın xəttatlığını 40 yaşında başlamışdır.

Kəbi 2014-cü ildə bu Müshəfi yazmaq üçün Fələstin Muxtariyyətinin başçısı Mahmud Abbas tərəfindən rəsmən seçilib və 8 aylıq hazırlıqdan sonra ilk səhifəni yazmağa başlayıb.

Əl-Əqsa Məscidinin Müshəfinin xəttatlığı 2019-cu ilin sonunda tamamlanıb. Bu Quran Fələstində mədəni və vizual irs sayılır.

Ad:
E-poçt:
* Comment:
captcha