IQNA

Burkina-Fasoda terror aktı törәdilib, ölәnlәr var

20:46 - December 06, 2022
Xəbər sayı: 3493374
Burkina-Fasoda törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna.com-a istinadən verdiyi xəbərə görə, Burkina-Fasoda törədilən terror aktı nəticəsində 6 nəfər həlak olub.

Yerli KİV-in yeydığı məlumatına əsasən, naməlum silahlı terrorçular Bittou şəhərinin Boulqou rayonundakı kluba basqın ediblər.

Hücum nəticəsində 4-ü müəllim olmaqla 6 mülki şəxs həyatını itirib.

Malidəki  “Əl-Qaidə” və İŞİD-ə tabe olan terror qruplaşmaları 2015-ci ildən bəri Burkina Fasonun şimalında və şərqində vaxtaşırı hücumlar törədir.

Hökumətin verdiyi məlumata görə, 2015-ci ildən 2021-ci ilin dekabrına qədər törədilən hücumlarda 600-ü təhlükəsizlik xidməti əməkdaşı  olmaqla 2000 nəfər həlak olub.

Ad:
E-poçt:
* Comment:
captcha