IQNA

Misir Qarilər Birliyi qiraət qaydalarını pozanlar barədə tədbir görüb

15:27 - December 11, 2022
Xəbər sayı: 3493397
Misir Qarilər Birliyi bu ölkənin müxtəlif əyalətlərində kifayət qədər məlumatı olmadan qiraət və ya qiraət qaydalarını pozan 6 qiraətçi barədə tədbir gördüyünü bildirdi.

"İQNA", "Əl-Yəvmus-Sabi"-ə istinadən xəbər verir ki, Misir qarilərinin şeyxi Şeyx Məhəmməd Həşadın rəhbərlik etdiyi Misir Quran Hafizləri və Qariləri Ümumi Birliyi, kifayət qədər məlumatı olmadan qiraət və ya qiraət qaydalarını pozan 6 qari barəsində qanuni tədbir görüb. Bu qiraətçilər Sohac, Qərbiyyə və Minya əyalətlərindən idilər.

Qurani-Kərim Oxucular Birliyi bəyanat yayaraq elan edib:

Qurani-Kərim Hafizləri və Qariləri Birliyinin Allahın kitabının qorunub saxlanması, müxtəlif dərnək və dairələrdəki bütün Quran qarilərinə nəzarət etmək vəzifəsi var. Buna görə, bu birlik bir sıra qanun pozuntusuna yol verən qarilərlə mübarizə aparmalı oldu.

Misir Qarilər Birliyi bu ölkənin bütün qarilərinə, hətta bu birliyin üzvü olmasalar da, nəzarət edəcəyini elan edib. Bu addım, xəta törədən qiraətçiləriə öz səhvlərini düzəltmək üçün verilən məsləhət və göstərişlərin nəticə verməməsindən sonra atılıb.

Təhrifin və ya səhv qiraətlərin yayılmasının qarşısını almaq üçün qiraət qaydalarına riayət olunmasına nəzarət etmək Misir qiraətçiləri birliyinin ən mühüm vəzifələrindən hesab olunur.

4106056

captcha