“İQNA”nın verdiyi məlumata görə, Mahmud ibn Abdullah Alusinin “Ruhul-Məani fi təfsiril-Quranil-Əzim vəs-Səbul-Məsani” sünnilərin ərəbcə yazılmış uzun və ətraflı təfsirlərindən biridir. “Ruhul-Məani” ədəbi metodla yazılmış rasional və ictihadi təfsiridir.
Alusinin təfsiri, Fəxr Razinin təfsirindən sonra qədim qaydada yazılmış ən geniş təfsirdir. Onun Razinin təfsirinin ikinci variantı olduğunu söyləmək olar. Lakin o, cüzi dəyişikliklərlə on altı cilddə çap edilmişdir. Bu təfsir uzun və təfərrüatlı izahlı ensiklopediyadır. Demək olar ki, təfsirin əhatə dairəsi və hüdudlarından kənarda qalır.
Müəllif haqqında
Əbus-Səna Seyyid Mahmud Şəhabuddin Əfəndi (1217-1270 h./1854-1802 m.) Bağdadın fəqih, təfsirçisi, ədib və din alimi idi. Seyyid Mahmud hələ uşaq yaşlarından atası və bir qrup ədəbiyyat müəllimindən dərs almışdır. O, zəkasına və güclü yaddaşına görə elm əldə etməkdə sürətlə irəliləyirdi.
Tezliklə böyük ustadlardan birinə çevrildi və "Əllame" ləqəbini aldı. O, şafii məzhəbindən idi. O, başqa məzhəblərin fiqhini bildiyinə və bəlkə də Əbu Hənifənin rəylərinə meyl etdiyinə görə miladi 1832-ci ildə Hənəfi məzhəbinin müftisi oldu.
Alusi təfsirinin müqəddiməsində yazır ki, uşaqlıqdan Quranın sirlərini kəşf etməyə çalışmış və bunu Allahdan diləmişdir. Uşaqlıq və uşaqlıq oyunlarını, yeniyetməlik və cavanlığını da kənara qoyub bu fikirlə məşğul olmuşdu.
O, gəncliyini Allah ona bu fürsəti verənə qədər Quranı mütaliə etməklə keçirmişdir. 20 yaşına çatmamış Quranla bağlı suallar barədə “Dəqaiqut-Təfsir” əsərini yazmışdır.
O, təfsiri 43 yaşında yazmağa başlamış və onu 1850-ci ildə tamamlamış. Ona “Ruhul-Məani fi təfsiril-Quranil-Əzim vəs-Səbul-Məsani” adını vermişdir.
"Ruhul-Məani" təfsirinin xüsusiyyətləri
"Ruhul-Məani" sünnilər arasında ən geniş və ən əhatəli təfsirdir. Bu əsər keçmişdəkilərin fikirlərini sədaqətlə ifadə edir və əvvəlki təfsirlərin xülasəsi hesab olunur. Alusi İbn Attiyyə, Əbu Həyyan, Keşşaf, Əbu Əl-Səud, Bəyzavi, Fəxr Razi və başqaları kimi çoxlu təfsirlərdən istifadə etmiş və onların fikirlərindən sitat gətirib. Həmçinin onların fikirlərini də tənqid etmişdir.
O, ən çox Fəxr Razidən bəhrələnib və bəlkə də Razidən nəql etdiklərinin bəzi hissələrini tənqid edib.