IQNA

Edmonton məscidi evsizlərin sığınacağına çevrildi

22:30 - December 23, 2022
Xəbər sayı: 3493460
Kanadanın Edmonton şəhərindəki Əl-Rəşid məscidi dördüncü ildir ki, qapılarını bölgənin həddindən artıq soyuq havasından qorumaq üçün evsizlərə sığınacaq kimi açıb.

"İQNA", "About Islam"-a istinadən xəbər verir ki, bu məscidin imamı Sadique Pathan dedi: "İnsanların qayğısına qalmaq və onlara qayğı göstərmək İslamın əsaslarından biridir. Edmontonda saysız-hesabsız evsiz vətəndaşların olması lazımi addımların atılması və kömək göstərilməsinə ehtiyac olduğunu göstərir.

Bu məscid ekstremal hava şəraiti elan olunduqdan sonra evsizləri qəbul etməyə başlayıb.

Havanın temperaturu mənfi 20 dərəcədən aşağı düşəndə, küləklər ən azı üç gecə davam etdikdə və sığınacaqlar 90 faizdən çox dolu olduqda, Edmontonda ağır hava şəraiti elan edilir.

Homeward Trust veb-saytının verdiyi məlumata görə, 2700-dən çox Edmontoniyalı evsizliklə üzləşib və onlardan 800-dən çoxu evlərindən kənarda yaşayır.

Bu məscid 75 çarpayılıdır və hər gün axşam saat 6-dan səhər saat 8-ə kimi qapılarını açır. Məscid sığınacaq verməkdən əlavə, qonaqlara təhlükəsizlik və istiliyi qorumaq üçün isti yeməklər və ilkin ehtiyaclar təklif edir.

Əl-Rəşid məscidi bu sığınacağa 100 bağlama isti paltar təqdim etdiyinə görə Islamic Relief Canada təşkilatına təşəkkür etdi.

Artıq dördüncü ildir ki, Edmonton məscidi bu qış evsizlərə kömək edir.

4108990

captcha