IQNA

Abu Dabi sərgisinin əsas mövzusu Avropada İslam mədəniyyətinin təsiridir

11:00 - December 24, 2022
Xəbər sayı: 3493461
Əbu-Dabidə İslam dünyasının mədəni və elmi biliklərinin Avropaya və onun hüdudlarından kənara təsirinə həsr olunmuş sərgi keçirilib.

"İQNA", "The National"-a istinadən xəbər verir ki, "elmin inciləri" adlı bu sərgi Qəsrul-Vətən Sarayı Elm Evində keçirilib.  O, ədəbiyyat, din, musiqi, fəlsəfə və elm sahələrində qiymətli və nadir əlyazmalar vasitəsilə ərəb və İslam mədəniyyətinin 800 il ərzində Avropada təsiri və mövcudluğundan bəhs edir.

Əbu-Dabinin Mədəniyyət və Turizm Departamenti, İtaliya Mədəniyyət İnstitutu və İspaniya səfirliyi arasında əməkdaşlıq çərçivəsində təşkil edilən bu sərgidə dörd kitabxananın kolleksiyasından 30 əlyazma nümayiş etdirilib. Bu kitabxanalara Marciana Milli Kitabxanası, Boloniya Universitetinin Kitabxanası, İspaniya Milli Kitabxanası və El Escorial Kral Kitabxanası daxildir.

Abu Dabi Mədəniyyət və Turizm Departamentinin müdirlərindən biri Doa Nuno deyir: "Bu sərgi ziyarətçiləri keçmişə və İslam sivilizasiyasının qızıl dövrünə səyahətə aparır".

O əlavə edib: "Bu dövrdə Əndəlus və Siciliya ərəb dünyası ilə Avropa arasında bir körpü idi. Buradan əhəmiyyətli bir mədəniyyət və elmi bilik axını keçdi. Bu bölgələr orta əsrlər Avropasının mərkəzində mədəni və texnoloji zənginləşmə mərkəzlərinə çevrilmiş və Avropa İntibahının inkişafına töhfə vermişlər".

Gözəl təsvir edilmiş əlyazmalar və məlumatlar ərəb dünyası, Avropa, Afrika və üç İbrahim dini arasında mədəniyyətlərarası, səmərəli dini dialoqun yaradılmasına və Avropada yeni dövrün başlanmasına kömək etməkdə necə mühüm əhəmiyyət kəsb etdiyini göstərir.

Bu sərgi dekabrın 6-da başlayıb və yanvarın 6-dək davam edəcək.

4108984

captcha