IQNA

Misirdə Quran və İncil oxunması ilə Milad bayramı keçirilib

11:01 - December 26, 2022
Xəbər sayı: 3493471
Misirin “Bəni Suif” əyalətinin “Ət-Tövfiq” məktəbində Həzrət Məsihin (s) mövludu münasibəti ilə Quran və İncilin oxunması ilə Milad şənliyi keçirilib.

"İQNA", "Əl-Misri Əl-Yəvm"-a istinadən xəbər verir ki, bu proqram məktəbdə keçirilən səhər mərasimində şagirdlər tərəfindən Quran və İncilin oxunması ilə müşayiət olunub. Orada Şaxta baba paltarında olan şəxs də iştirak edib, şagirdlər və məktəb rəhbərliyi ilə xatirə şəkli çəkdirib.

Şaxta baba şarlar, saatlar və şirniyyatlardan ibarət hədiyyələr olan fayton gətirib və bu hədiyyələri uşaqlara verib.

Bu mərasimdə surudlar səsləndirilib, bədii proqramlar və tamaşalar göstərilib. Daha sonra Quran yarışmalarında yer qazanan və Xristian ilahiləri və dualar kitabının hifzi yarışmasında qalib gələn qız və oğlanların adları açıqlanıb. 150 ​​müsəlman və kopt (Misir xristianları) tələbəsinə mükafat verilib.

4109732

captcha