IQNA

Kanada müsəlmanları kilsə ilə əməkdaşlıq edərək ibadət zalına sahib olublar

0:15 - December 29, 2022
Xəbər sayı: 3493486
Kanadanın Okotoks (Okotoks) şəhərinin müsəlmanları kilsə ilə birgə əməkdaşlıq nəticəsində ibadət zalına sahib olublar.

"İQNA", "CBC"-ə istinadən xəbər verir ki, Kalqarinin Okotoks şəhərinin yerli kilsəsi bu şəhərin müsəlmanları üçün yer hazırlayıb ki, bu insanlar cümə namazlarını orada qılsınlar.

Bundan əvvəl müsəlmanlar dua etmək və namaz qılmaq üçün Kalqariyə və ya High Riverə getməli idilər.

İmam Seyyid Səharvərdi ilk cümə namazını qılmaq üçün Kalqaridən Okotoksa səfər edib və bunu öz icması üçün tarixi hadisə adlandırıb.

Səharvərdi deyib: "Biz cümə namazı qılmağı planlaşdırırdıq. Nəhayət kilsə bizə bu məkanı icarəyə götürməyə icazə verdi. Okotoksun müsəlman əhalisi artır. Buna görə də namaz qılmaq üçün yerə ehtiyac var".

Bu ayın əvvəlində bu şəhərdə ilk cümə namazına təxminən 30 nəfər gəlib.

Okotoks şəhəri Alberta əyalətində yerləşir və Kalqarinin ətraf ərazilərindən biri hesab olunur. Bu şəhərin əhalisi təxminən 30 min nəfərdir.

4110256

captcha