IQNA

Misirin böyük qarilərinin ikinci Quran məclisi keçirilib

11:22 - January 02, 2023
Xəbər sayı: 3493506
Misirin Vəqf Nazirliyi İmam Hüseyn (ə) məscidində Misirin böyük qarilərinin ikinci Quran məclisinin keçirildiyini bildirib.

"İQNA", "Əl-Yəvmüs-Sabi"-ə istinadən xəbər verir ki, Misirin Vəqaf Nazirliyi İmam Hüseyn (ə) məscidində Misirin böyük qarilərinin ikinci Quran məclisinin keçirildiyini bildirib. Bu proqram Misirin Vəqflər Nazirliyinin Qurani-Kərimə diqqəti çərçivəsində həyata keçirilib. Məclisə Əhməd Nüeynə sədrlik edib.

Bu toplantı böyük qiraətçilər, Şeyx Taha Əl-Nomani, Şeyx Məhəmməd Məhrus Tələbə, Şeyx Məhəmməd Əbdül-Bəsir, Şeyx Mahmud Əli Həsən, Şeyx Seyyid Əl Qaytani, Şeyx Əbdül-Lətif Vəhdanın iştirakı və Əbdül-Əziz İmranın nəzarəti ilə keçirilib. Habelə Qurani-Kərim və Məscidlər Mərkəzi İdarəsinin rəhbəri Şeyx Əs-Seyyid Əbdül-Məcid iştirak edib. Qahirə Vəqf İdarəsinin İrşad müdiri Dr. Mahmud Xəlil, eləcə də Qahirə Vəqf İdarəsinin tabeli şöbələrinin müdiri və məscidin bir qrup ağsaqqalları da məclisin iştirakçılarından olublar.

Bu Quran məclisinin əvvəlində Şeyx Əhməd Nüeynə Misir Vəqflər Nazirliyinə Quran proqramları və bu nazirliyin dəyərli təşəbbüsləri, xüsusilə də İmam Hüseynin (ə) məscidində Quran təcvidi məclisinin keçirilməsinə görə təşəkkür etdi. O, Misirin Quranın təcvidi sahəsində dünyanın ən yaxşı ölkəsi olduğuna toxunaraq deyib: "Bu elmin əsasları Misirdə qoyulmuşdur. Bu ölkənin mövqeyi digər ölkələrdə misirli qarilərinə göstərilən məhəbbətdən də görünür.

4111205

captcha