Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “İctimai fəsadları tanımaq və onlarla mübarizə aparmaq metodu” mövzusunda “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin on dördüncüsü keçirilib. Onun mətnini aşağıda oxuya bilərsiniz:
Bəzən dinlə bağlı yanlış fikirlər olur. Məsələn deyirlər dində şad olmaq olmaz. Bu, dinin yanlış anlaşılmasıdır. Deyəndə ki, sənin bütün həyatının dinə bağlı olması lazımdır, deyirlər, bəs mən? Mən də bəzi şeyləri sevirəm, zövqlərim var. Allahdan başqa bir şey daxil olan kimi o, artıq Allahın vilayəti deyil. Bu müqəddimə mənfəəttələbliklə sosial birlik arasındakı münaqişəni müzakirə etmək üçün önəmlidir.
"Kafirun" surəsində oxuyuruq: "(Ya Peyğəmbər! Sənə -bir il bizim bütlərimizə ibadət et, bir il də biz sənin Rəbbinə ibadət edək -deyən müşriklərə) de: “Ey kafirlər! Mən sizin ibadət etdiklərinizə (bütlərə) ibadət etmərəm! Siz də mənim ibadət etdiyimə (Allaha) ibadət etməzsiniz! Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz! Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!".
Onlar Peyğəmbərə (s) dedilər ki, biz sənin Allahını qəbul edirik, bir şərtlə ki, biz bir gün sənin Allahına ibadət edək, sən də bir gün bizim Allahımıza ibadət edəsən. Peyğəmbər (s) qəbul etmədi, çünki batil heç vaxt imzalanmamalıdır. Əgər yalana imza atırsansa, haqq daha haqq deyil. Mövcud olan problem odur ki, bəzi insanlar ilahi vilayətin genişliyini qəbul edə bilmirlər.
Bəraət küfr və şirkdən uzaqlaşmaq və tamamilə qırılmaq, başqa sözlə desək, İlahi iradəni tam şəkildə qəbul etmək və Allahın mütləq İradəsini qəbul etmək deməkdir. "Tövbə" surəsinin mahiyyəti budur.
Bütövlükdə cəmiyyətdə bəraətin həyata keçirilməsi İslam cəmiyyətində ilahi hökmləri qorumaq və Allahın iradəsini həyata keçirmək üçün lazımlı gücü yaradan birliyin mövcud olmasını tələb edir. Bəraət hərbi güclə edilə bilən iş deyil. Bəraət o deməkdir ki, təhsil sistemində, iqtisadiyyatda, mediada və s. yaransın.
Baxmayaraq ki, Bəraat surəsində döyüş adətlərindən bəhs edilməlidir. Lakin məsələ tamamilə İslam cəmiyyətinin birliyi, cəmiyyətdə yaranan əlaqələr və münaqişələrdən gedir. Həmçinin İslam cəmiyyətini əhatə edən və buna imkan verməyən fəsadlardan bəhs edilir.
Dini hökumətdəki ictimai fəsadları tanımaq və onlarla mübarizə aparmaq lazımdır ki, dini cəmiyyətdə bəraət var olsun. Fəsadlar yaradan ən mühüm amillərdən biri də cəmiyyətdə ədalətli yanaşmanın olmamasıdır. Saydığımız digər amillər bu amilin alt qruplarıdır. Ən böyük məsələ budur.
Əgər dini hökumətdə insanlar bütpərəst və kafir modellərə alışmışlarsa, bəraət halında şirk və küfrdən tam ayrılmaq lazımdır. İslam dünyası və dini düşüncə heç vaxt insanlara nifrət etmir. Həqiqətdə, onların içindəki şirkə nifrət edir. Biz şirkdən ikrah hissi keçirməliyik. Cəmiyyətin problemi iki qrupdur; Birincisi, ikrah hissi olanlar, lakin səhvən insanları bəyənməyənmirlər. İkinci o dəstədir ki, içlərində şirkə ikrah hissi duymurlar.
4095726