Tehran Universitetinin Quran və İtrət Tələbə Məktəbinin elmi heyətinin üzvü Hani Çitçianın “Tövbə” surəsində tədəbbür ilə bağlı mülahizələr silsiləsinin on beşincisi keçirilib. O, burada "muxəlləfun" dəstəsindən danışıb ki, onun mətnini aşağıda oxuya bilərsiniz:
Bu söhbətimizdə "muxəlləfun" qrupu haqqında danışmaq istəyirik. Niyə bunlara "muxəlləf" deyilir? Çünki onlar Peyğəmbərin (s) əmrinə müxalifətçilik edirlər. "Tövbə" surəsinin 42-ci ayəsində oxuduğumuz kimi: "Əgər o (dəvət olunduqları yürüş), asan əldə edilən mənfəət (dünya malı, yaxud qənimət) və orta (mənzilli) bir səfər olsaydı, onlar mütləq sənin ardınca gedərdilər. Lakin yorucu (məşəqqətli) məsafə (Təbuk səfəri) onlara uzaq gəldi. Bununla belə, onlar əgər gücümüz çatsaydı, biz də sizinlə bərabər səfərə çıxardıq, -deyə Allaha and içəcəklər. Onlar (yalandan Allaha and içməklə) özlərini həlak edirlər. Allah isə onların yalançı olduqlarını bilir".
Bu qrupun problemi müharibə məsələsi deyil. Əgər onlar yalnız yaxın yolla getməli olsalar və mütləq qalib gələcəklərinə əmin olsalar, müharibəyə qatılacaqlar. Ancaq çətinliyə düşəcəklərini bilsələr, biz edə bilmərik deyəcəklər. Belə bir şəxs dinə və dini hökumətə pul xərcləməli olduğu halda artıq meydanda deyil. Hekayənin kökü buradadır, müharibənin özündə deyil.
Pul xərcləyərkən Allah üçün bəhanə gətirirlər. Əgər Allahın dini üçün pul xərcləməyəcəksinizsə, sərmayənizi itirməkdən başqa sizə heç bir şey olmayacaq. Onlar döyüşə getməmək üçün Peyğəmbərdən (s) icazə istəyirlər və o həzrət də icazə verir. Onların işləri o qədər çirkindir ki, Allah Peyğəmbəri (s) qınayır: “Allah səni bağışlasın! (Allah səni əfv etdi). Doğru danışanlar sənə bəlli olmadan, yalançıları tanımadan əvvəl nə üçün onlara (cihadda iştirak etməməyə) izin verdin?” (Tövbə, 43).
Bundan sonra bu ayə gəlir: “Allaha və axirət gününə iman gətirənlər malları və canları ilə cihad etmək barəsində səndən izin istəməzlər (o saat cihada çıxarlar). Allah müttəqiləri tanıyandır! Səndən (cihada çıxmamaq üçün) izin istəyənlər ancaq Allaha, axirət gününə iman gətirməyənlər və ürəkləri şəkk-şübhəyə düşənlərdir. Onlar öz şübhələrində tərəddüd edib durarlar” (Tövbə, 44-45).
"Onlardan (münafiqlərdən) mənə (döyüşə getməməyə) izin ver, məni fitnəyə salma!” -deyənlər də var. Bilin ki, onlar (özləri) fitnəyə düşmüşlər. Şübhəsiz ki, Cəhənnəm kafirləri bürüyəcəkdir!” (Tövbə, 49).
Bir qrup müxaliflər fitnəyə düşmək bəhanəsi ilə meydana çıxmır, bu özü fitnəyə düşməkdir. Bu, çaşqınlığın zirvəsidir. İslam hökuməti uğur qazansa, üzüləcək, digər tərəfdən İslam cəmiyyəti uğursuzluğa düçar olsa, hesablarını ayırdıqlarına görə sevinəcəklər. "Sənə bir yaxşılıq (zəfər, qənimət) nəsib olsa, onların halı pis olar. Sənə bir müsibət üz versə, biz tədbirimizi qabaqcadan görmüşük! deyər və sevincək halda dönüb gedərlər" (Tövbə, 50).
Müxalifətçilər dəstəsindən uzaqlaşmaq üçün bir ayə
"De, Allahın bizim üçün (lövhi-məhfuzda) yazdığından başqa bizə heç bir şey üz verməz. O bizim ixtiyar sahibimizdir. Buna görə də möminlər yalnız Allaha təvəkkül etsinlər!" (Tövbə, 51). Hər bir müsibət kitabda yazılıb, bizim vilayətimiz Allahındır və biz Ona təvəkkül edirik. Əgər kimsə müxaliflər dəstəsindən çıxmaq istəyirsə, bu ayəni çox oxusun. Çünki o, Quranın tövhid ayələrindən biridir.
Bu ayəyə diqqət yetirmək göstərir ki, sonu bizim uğursuzluğumuzdur. Bu inanc insanı müxalif olmaqdan çıxarır. Pis insanlar müsibətə düşməkdən narahatdırlar: Olmaya kasıb olum, olmaya xəstələnəm və s. . Allahın vilayəti onların həyatında yoxdur və təbii olaraq Allahdan qeyrisinin vilyətindədirlər. Belə insan Allaha təvəkkül etməz və müsibətdən çox qorxar.
4095726