"İQNA", "Pajhwok İngilis səhifəsi"-nə istinadən xəbər verir ki, Herat İnformasiya və Mədəniyyət Təşkilatının rəsmilərinin bildirdiyinə görə, hazırda bu vilayətin Böyük Məscidində təmir işləri 80% irəliləyib.
Bu idarənin tarixi abidələrin mühafizəsi üzrə məsul şəxs Zəlmi Səfa bildirib ki, Herat Böyük Məscidinin dam örtüyünün təmiri prosesi 8 ay əvvəl başlayıb və hazırda onun iki hissəsində, cənub və şimalda sürətlə davam edir.
Səfanın sözlərinə görə, proqnozlaşdırılan soyuq hava ilə əlaqədar bərpa işləri müəyyən qədər ləngiyə bilər.
O, qeyd edib ki, Heratda soyuq hava işlərə mane olmasa, məscidin bərpası yaxın iki həftə ərzində başa çatacaq.
Herat məscidi Əfqanıstanın ən qədim məscididir və 46760 kvadratmetr sahəsi ilə dünyanın ən böyük məscidlərindən biri hesab olunur.
Bu bina əvvəlcə zərdüştilərin ibadət yeri olmuş və hicri 29-cu ildə Heratlılar İslamı qəbul etdikdən sonra bu böyük ibadət yeri müsəlman məscidinə çevrilmişdir.
Bu tarixi məscidin 460 günbəzi, 130 bağçası, on iki çələngi, dörd eyvanı, dörd qapısı, Quran ayələri, ariflərin və böyük şairlərin irfani şeirləri ilə bəzədilmiş dörd böyük kitabəsi, dörd min cildlik kitabı olan kitabxanası və dəstəmazxanası var.
Bu məscidin tutumu 100 min nəfərdir.
4114520