IQNA

Misirli bir gənc bir ildə Quranı əl ilə yazıb

13:03 - January 20, 2023
Xəbər sayı: 3493585
Bahir Bədrəddin Məhəmməd Xəlil Şərqiyyə əyalətindən olan gənc misirlidir və Quranı 12 ayda (bir il) əl ilə yazıb.

"İQNA", "Əl-Məvatin"-ə istinadən xəbər verir ki, bu gənc misirli Misirin Şərqi Əyalətinin “Mania Qumh” şəhərinin “Mit Bəşar” kəndindəndir və Əl-Əzhər Universitetinin Dillər və Tərcümə fakültəsini bitirib.

Əl-Əzhər Universitetinin Dillər və Tərcümə fakültəsini bitirəndə həmişə Quran əlyazması arzusunda idi və məzun olduqdan sonra bu işə başladı.

Bu işlə onda Quranın əzəmətini, vəhy kəlimələrinin dərin mənalarını dərk etməklə yanaşı, bir səadət və məmnunluq halı yaranmışdır. O, bir ildən sonra Quranın əlyazmasını bitirə bildi.

O, bununla bağlı deyib: "Quranın əl ilə yazmaq bir nemət, fəzilət və ilahi lütfdür. Bu səbəbdən də səbir, dəqiqlik və hörmətlə aləmlərin Rəbbinin kəlamlarını qələmə almağa çalışdım.

Bu misirli gənc həmçinin bildirib: "Allaha həmd-səna etdikdən və uzun müddət gözlədikdən sonra Allah mənə Qurani-Kərimi yazmaq imkanı verdi və mən bu işi bitirdim".

O, sözünə belə davam etdi: "Mən bu əsərlə təsəvvürümdən üstün şeylər qazandım. Allaha verdiyi saysız-hesabsız nemətlərə və məni Quran ayələrini yazmaq şərəfinə nail olanlar sırasında yerləşdirdiyinə görə şükür edirəm".

4115641

captcha