IQNA

Britaniyalı müsəlman qadın Quranı Uels dilinə tərcümə etmək istəyir

19:22 - January 22, 2023
Xəbər sayı: 3493595
Uelsli müsəlman qadın bu dinin təlimləri barədə bu ölkə xalqının məlumatını artırmaq üçün islami mətnləri, o cümlədən Qurani-Kərimi uels dilinə tərcümə etməyi planlaşdırır.

"İQNA", "Muslim News"-a istinadən xəbər verir ki, Uelsin paytaxtı "Kardiff"dən olan Laura Cons adlı müsəlman qız ingilis dili ilə yanaşı Britaniyanın rəsmi dili olan Uels dilində İslam təlimlərini yaymağa çalışır.

Laura Cons müsahibəsində deyib: “O, islami kitabları uels dilinə çevirmək və bu ölkənin mədəniyyətinə daxil etmək istəyir”.

Cons islami mətnləri ərəbcədən uels dilinə, xüsusən də Qurani-Kərimi tərcümə etmək üçün bu dildə danışmağı öyrənməyə çalışdığını bildirdi. O, qeyd edib ki, bu məsələ çox vacibdir, çünki bir çox müsəlmanlar və hətta qeyri-müsəlmanlar bu dildə danışır və İslam haqqında daha çox bilmək istəyirlər.

Cons aydınlaşdırıb: “Peyğəmbərin (s) hədisləri və Qurani-Kərim kimi dini mətnlər bir neçə beynəlxalq dilə tərcümə olunub, lakin Quranın uels dilində tam tərcüməsi yoxdur".

O, deyib: "Uelscə danışan müsəlmanların sayının artması ilə daha çox İslam mətnlərinin bu dilə tərcümə edilməsinin vaxtı çatıb".

4116043

captcha