IQNA

Yəmənli yaşlı savadsız bir xanım Quran hafizi oldu

12:30 - February 03, 2023
Xəbər sayı: 3493652
66 yaşlı yəmənli Asiya Əhməd oxuyub-yaza bilmədən Qurani-Kərimi bütünlüklə əzbərləməyi bacarıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, bu yəmənli xanım oxuyub-yaza bilmədiyinə baxmayaraq, Quranı yalnız dinləməklə əzbərləməyi bacarıb. Onun sözlərinə görə, Quranı həmişə televiziya, radio və mobil telefon vasitəsilə dinləyib.

O əlavə edib ki, iradəli olmağım Qurani-Kərimi bütünlüklə əzbərləməyimə səbəb oldu. Asiya 2018-ci ildə Quranı əzbərləməyə başlayıb.

Asiya müəllim deyib ki, oxumaq və yazmaq təcrübəsi olmayan savadsız bir şəxs üçün Quranı əzbərləmək çox çətindir.

Bu yəmənli xanımın Qurani-Kərimi əzbərləməkdə güclü əzmi və qətiyyəti təqdirəlayiqdir.

4118933

captcha