IQNA

Quran tilavəti sənəti / 26

Bir xristian tərəfindən kəşf edilən Quran istedadı

11:28 - February 07, 2023
Xəbər sayı: 3493671
Quran qarilərinə və Quran tilavətinə diqqət və maraq yalnız müsəlmanlara aid deyil. Digər dinlərin tərəfdarları da Quran tilavətinin səsini eşidəndə ona marağ göstərirlər. Bəzən bu marağ istedadın üzə çıxmasına və inkişaf etməsinə səbəb olur.

"İQNA"-nın verdiyi məlumata görə, Əbül-Eyneyn Şüeyşə 1929-cu ildə Misirdə anadan olub və 1939-cu ildə 17 yaşında Misir Radiosuna daxil olub. 18 yaşında Fələstin Radiosu ilə müqavilə bağlayaraq ora getdi. Fələstin Radiosunda çoxlu və cəlbedici qiraətlər etdi; Təəssüf ki, Fələstin Radiosu İkinci Dünya Müharibəsindən sonra onun bir çox əsərlərini itirdi. Şüeyşənin Fələstində olmasının bir çox təsiri oldu və ondan sonra başqa qiraətçilər də Fələstinə dəvət edildi.

Şüeyşə hesab edir ki, Fələstin Radiosu ilə əməkdaşlığı onun həyatında çoxlu təsirlərə malikdir. Bu barədə o, özü deyir: “Mən Fələstindən Misirə qayıdanda Kral Faruqun sarayına dəvət edildim və Ramazan ayının otuz gününü başqa böyük qarilərlə birlikdə Quran oxumağa sərf etdim”.

Fələstin Radiosu ilə əməkdaşlıq Şüeyşənin səsini İslam dünyasına çatdırdı. O, digər İslam ölkələrinə səfər etmək üçün çoxlu dəvətlər aldı. Məhz bu dəvətlər sayəsində Suriya, İraq, Türkiyə, Pakistan, İordaniya, İran, Livan və BƏƏ-yə çox təsirli səfərlər etdi.

Özünün dediyinə görə, o, Misirin rəsmi olaraq xaricə səfər edən ilk Quran nümayəndəsi olub. Birləşmiş Ərəb Əmirlikləri səfəri də bu səfərlərdən biridir. Şüeyşə 10 il müddətinə bu ölkəyə dəvət olunub və Əbdül-Basit kimi digər qarilərlə birlikdə bu ölkəyə səfər edib.

O, qədim üslubun sahibi Məhəmməd Rəfətin tələbəsi idi, ona görə də Şüeyşənin oxuma tərzi xüsusi idi. O, özü üçün müstəqil bir üslub yaratdı və keçmiş oxuyanları təqlid etməyə çalışmadı. Bu məsələ onun Misirdə xüsusi yer tutmasına səbəb oldu.

Ustad Şüeyşə həmişə deyirdi: “Mən bir xristian tərəfindən kəşf edilmiş bir qariyəm”. Mənim səsimi ilk eşidən Misirin böyük xristian siyasətçilərindən biri olan “Fəxri Abdun-Nur” oldu. O, məni Cercaya (Misir şəhərlərindən biri) evində üç gün qalmağa dəvət etdi. Onu heç vaxt unutmaram. O, övladları və Cerca camaatı ilə birlikdə Quran tilavətinə qulaq asmaq üçün aşağıda oturardı.

3761476

captcha