IQNA

Kərbəla sərgisində İmam Əliyə (ə) aid olan Quranın əlyazma nüsxəsi sərgilənib

20:15 - February 18, 2023
Xəbər sayı: 3493715
Kərbəlada keçirilən ikinci beynəlxalq Qurani-Kərim sərgisində İmam Əliyə (ə) aid edilən qədim və əlyazma Quran nüsxəsinin şəkli ictimaiyyətə təqdim olunub.

"İQNA", İraqdan  xəbər verir ki, Kərbəlada ikinci beynəlxalq Quran sərgisində Əmirəl-möminin Əliyə (ə) aid edilən qədim və əlyazma Quran nüsxəsinin təsviri nümayiş etdirilib.

Bu əlyazma Qurani-Kərim həzrət Əlinin (ə) “Əl-Qərəviyyə” xəzinəsinə aiddir. Onun şəkli Quranın bir sıra əlyazma şəkilləri ilə birlikdə ictimaiyyətə təqdim olunub.

Ərəb qrafikasının növləri, Quranın 16-cı əsrin əvvəllərindən indiyədək çap olunma tarixi, 4, 5 və 6-cı əsrlərə aid Quranın bəzi əlyazmalarının şəkilləri bu stenddə təqdim olunan digər əsərlərdəndir.

Həmçinin İmam Hüseynin (ə) hərəminə bağlı “İmam Hüseyn” Əlyazmalarının Bərpası və Qorunması Mərkəzi də hicri birinci əsrdən bu günə qədər olan Quran nüsxələrinin şəkillərini sərgiləyib.

4122688

captcha