IQNA

Türkiyədə zəlzələdə həlak olanların sayı 46 min 104-ə çatdı

10:48 - March 07, 2023
Xəbər sayı: 3493811
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min 104-ə çatıb.

İQNA-nın (Beynəlxalq Quran Xəbər Agentliyi) Az.shafaqna-ya istinadla verdiyi xəbərə görə, Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 46 min 104-ə çatıb.

Türkiyə KİV-nin məlumatına əsasən, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra bildirib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

captcha