IQNA

Zəvvarlar Məkkədə ixtisaslaşmış Quran muzeyini yaxşı qarşılayıblar

11:54 - March 09, 2023
Xəbər sayı: 3493821
Məkkədə tarixi Həra mağarasının yaxınlığındakı ixtisaslaşmış Qurani-Kərim muzeyini Allah evinin zəvvarları yaxşı qarşılayıb.

"İQNA", "Bəvabətul-Əhram"-a istinadən xəbər verir ki, Məkkədə Həra dağının kənarında yerləşən Qurani-Kərim muzeyini bu günlərdə çoxlu sayda yerli və xarici zəvvarlar ziyarət ediblər.

Məkkədə yerləşən tarixi Həra mağarasının yaxınlığında yerləşən Həra mədəniyyət mərkəzi bir sıra muzeylər, Quran və dini sərgilərlə Allah evinin zəvvarlarına yeni təcrübə yaşadıb.

Səudiyyə Ərəbistanına ümrə və həcc ziyarətinə gələn bir çox zəvvarın ziyarət etdiyi bu muzey Məkkədə Qurani-Kərimin ilk ayələrinin Həzrət Məhəmmədə (s) nazil olduğu Həra dağının yanındakı ilk xüsusi Quran muzeyidir.

Bu muzeydə görkəmli əsərlər və müxtəlif İslam dövrlərində yazılmış Quranın ən qiymətli əlyazmalarının kolleksiyası var.

4126946

captcha