
Allah insana tanımaq üçün vasitələr qərar vermişdir:
1- Hisslər
Beş duyğu, Allahın insanlara verdiyi ilk vasitələrdir. Bu vasitələrin köməyi ilə onlar ətrafdakı bir çox əşyanı və işləri başa düşür və tanıyırlar. Görməli yerləri görürlər, səsləri eşidirlər, qoxuları iyləyirlər, ləzzətləri dadırlar və əşyalara toxunurlar.
Quranda bu haqda buyurulur: “Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz (dərk etmədiyiniz) halda çıxartdı. Sonra sizə qulaq, göz və qəlb verdi ki, (Allahın əmrlərini eşidib, qüdrətini və əzəmətini görüb, vəhdaniyyətini duyub) şükür edəsiniz!” (Nəhl, 78).
2- Ağıl
Ağıl Allahın böyük neməti və insanın batini dəlilidir. Allah insanı belə dəyərli nemətə sahib etməklə qürurlandırdı ki, ağlın köməyi ilə hissləri düzgün tanısın və məsələləri təhlil etmək qüdrətini tapsın.
3 - Vəhy
Vəhy bir çox maarifin mənbəyidir. Vəhyin mənbəyi Allahın sonsuz elmi olduğu üçün bəşəriyyətə ən təmiz elm bu şəkildə verilmişdir. İnsan vəhy vasitəsilə varlıq və onun mənbəyi haqqında dəyərli biliklər əldə etmişdir. Məsələn: yaradılışın sirləri, dünyanın keçmişi və gələcəyi, axirət dünyası, mənəvi işlər haqqında elmi vəhy vasitəsi ilə əldə etmişdir. Belə ki, digər vasitələrlə bu elmi əldə etmək mümkün deyildir.
Bilmək və tanımağın mənbələri
Allah bizi bəzi şeyləri öyrənməyə, düşünməyə və bilməyə dəvət etmişdir.
1- Təbiət
Quranın bir neçə ayəsi bizi müxtəlif təbii məsələləri nəzərdən keçirməyə dəvət edir. Məsələn, göylərin və yerin yaradılması, gecə və gündüzün dövranı, dənizdə gəmilərin hərəkəti, dağlar, heyvanlar və s.
2- Tarix
Tarixi öyrənmək, eniş-yoxuşları, məğlubiyyətləri və qələbələri tanımaq çox informativdir və insanı bilik və idrak sahibi edir. Tarixi öyrənməklə insan varlığın bir çox sirlərini, adət-ənənələrini, qanunlarını dərk edir.
Qurani-kərim keçmişdəkilərin tarixini ibrət mənbəyi hesab edir: “Onların hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır” (Yusif, 111). Həmçinin peyğəmbərindən keçmiş hadisələri nəql etməsini istəyir. “فاقصص القصص لعلهم یتفكّرون” (Əraf, 176).
3- İnsan
İnsanın qabiliyyət, istedad, ehtiyac və s. kimi müxtəlif sahələrdə mütaliəsi dərin biliyə səbəb olur. Allah Quranda buyurur: “Onun (Quranın) haqq olduğu onlara (müşriklərə) bəlli olsun deyə, Biz öz qüdrət nişanələrimizi onlara həm xarici aləmdə (üfüqlərdə, kainatda, göylərin və yerin ətrafında), həm də onların öz daxilində mütləq göstərəcəyik. (Ya Peyğəmbər!) Məgər Rəbbinin hər şeyə şahid olması (sənin dediklərinin doğruluğuna) kifayət deyilmi?!” (Füssilət, 53).
Əmirəl-möminin Əli (ə) da buyurur: “Ey insan! Daha böyük bir dünya içinizdə gizləndiyi halda, özünü kiçik hesab edirsən?