IQNA

Türkiyədə zəlzələdə ölənlərin sayı artır

16:34 - March 12, 2023
Xəbər sayı: 3493838
Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 47 min 975-ə yüksəlib.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Sahartv-yə istinadla xəbər verir ki, Türkiyənin fövqəladə hallar təşkilatı AFAD-ın sədri Yunus Sezer bildirib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyənin cənub-şərqində 7,7 və 7,6 bal gücündə iki zəlzələ baş verib və ciddi dağıntılara səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı insan tələfatı ilə yanaşı zəlzələnin Türkiyə iqtisadiyyatına 100 milyard dollar ziyan vurduğunu təxmin edir.

captcha