IQNA

BMT-də islamofobiya ilə mübarizəyə aid mərasim keçiriləcək

10:12 - March 14, 2023
Xəbər sayı: 3493849
BMT Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə və tolerantlıq mədəniyyətinin təbliği məqsədilə mərasimi keçirəcək.

"İQNA", "Əl-Əhram"-a istinadən xəbər verir ki, BMT çərşənbə günü Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü münasibətilə mərasimi keçirəcək.

BMT-nin Baş Assambleyasının qətnaməsinə əsasən, 15 mart Beynəlxalq İslamofobiya ilə Mübarizə Günüdür və bu münasibətlə dünyanın 140 ölkəsində mərasim keçirilir.

2022-ci il martın 15-də Birləşmiş Millətlər Təşkilatı İslam Əməkdaşlıq Təşkilatı adından Pakistanın təqdim etdiyi qətnaməni Beynəlxalq İslamofobiyaya Qarşı Gün kimi yekdilliklə təsdiq edib.

BMT-nin informasiya bazasının elanına görə, İslam Əməkdaşlıq Təşkilatına üzv olan 60 ölkə BMT-nin Baş Assambleyasının qətnaməsini qəbul edib. Qətnamədə isə vurğulanır ki, terrorizm və zorakı ekstremizm heç bir dinə, milliyyətə, sivilizasiyaya, etnik qrupa aid ola bilməz və olmamalıdır.

4127999

captcha