IQNA

İraqda tələbələrin milli Quran müsabiqəsi sona çatıb

17:42 - March 18, 2023
Xəbər sayı: 3493877
İraqlı universitet tələbələri arasında keçirilən 6-cı milli Quran qrupu (komanda) yarışı martın 16-da bu müsabiqənin ilk üç komandasının tanıtdırılması ilə başa çatıb.

"İQNA", İraqdan xəbər verir ki, bu yarışlar İmam Hüseynin (ə) hərəminin Darul-Quranının himayəsi və Kərbəlanın “Varisul-Ənbiya” Universiteti ilə əməkdaşlıq çərçivəsində keçirilib.

İmam Hüseynin (ə) hərəminin Quran Media Mərkəzinin rəhbəri Kərrar Əl-Şəmri deyib: "Sözügedən yarışlar səhər və günorta olmaqla 4 gün ərzində iki növbə ilə keçirilib. Həmçinin İraqın müxtəlif bölgələrindəki 28 universitetdən 80 tələbə bu yarışlarda iştirak edib."

O deyib: "Tələbələrin Quranın əzbərlənməsi, qiraəti və təfsirinin müxtəlif sahələrində güclü rəqabətindən sonra yekunda Kufə Universiteti, Ziqar Universiteti və Bağdad Universitetinin Quran komandaları sıra ilə birinci, ikinci və üçüncü yerləri qazanıblar."

4128614

captcha