"İQNA", "International Bussines Times"-a istinadən xəbər verir ki, cümə axşamı, martın 16-da sosial şəbəkələrdə ukraynalı əsgərlərin əsir götürülmüş Rusiya qüvvələrinə məxsus Quran nüsxəsinin üzərində donuz ətini kəsdiklərini əks etdirən video yayılıb. Əsgərlərin daha sonra müsəlmanların müqəddəs kitablarının səhifələrini cırıb yandırdıqları görülüb.
Ukrayna Rusiyanı ittiham edərək deyib: "Ukrayna ordusuna mənsub əsgərlərin Qurani-Kərimi təhqir etdiyi video Ukrayna əsgərlərini ləkələmək məqsədi ilə Rusiya tərəfindən dərc edilib."
Videoya cavab olaraq Ukrayna Xarici İşlər Nazirliyinin sözçüsü Oleq Nikolenko Rusiyanı saxta videonu nümayiş etdirdiyinə görə tənqid edib və bildirib ki, bu ölkə İslamı təhqir etdiyinə görə qınanılmalıdır.
O, Twitter-də yazıb: "Saxta video xəbərdarlığı! Rusiya Ukrayna əsgəri olduqlarını iddia edən naməlum şəxslərin Quranın üzərinə donuz əti qoyaraq onun səhifələrini yandırması ilə bağlı klip yayıb. Onlar sınmış Ukrayna dilində danışır və rus ordusunun bıçaqlarından istifadə edirlər. Rusiya Ukraynanı ləkələmək məqsədi ilə İslamı təhqir etdiyinə görə qınanmalıdır."
4128868