"İQNA", "Hindistan Times"-a istinadən xəbər verir ki, gələn həftə müqəddəs Ramazan ayı başlayır və bütün dünya müsəlmanları bu müqəddəs ayın başlaması üçün dəqiqələri sayırlar.
Ümumdünya Səhiyyə Təşkilatı hər il Ramazan ayında sağlam oruc tutmaq üçün tövsiyələr verir. Bu il, bu təşkilat, bu tövsiyələri dərc edib:
Ay ərzində sağlam qalmaq üçün vacib olan oruc qaydalarına diqqət yetirməliyik.
İçməli su: Oruc sahurla başlayıb iftarla bitir; Bu arada bədəni zamanla nəmləndirmək üçün bol su içməyi unutmamalıyıq və bədənin çatışmayan qidalarını yeyərək təmin etməliyik.
Meyvələr: Tərkibində daha çox su olan meyvə və tərəvəzlərdən istifadə bədəni nəmləndirir və sağlam saxlamağa kömək edir.
Sərin və kölgəli yer: Ən azı 15-16 saat oruc tutduqda, orqanizmi nəmli və sağlam saxlamaq üçün sərin və kölgəli yerdə olmaq mühümdür.
Obaşdan yemək: Oruc səhər azanından əvvəl "Obaşdan" adlı yemək yeməklə başlayır. Tərəvəz, bir porsiya karbohidrat və zülalla zəngin qidaların birləşməsi orqanizmin enerjisini artırmaq üçün çox önəmlidir.
Şirniyyat: Həmçinin iftardan sonra çox şirniyyat yeməkdən çəkinmək tövsiyə olunur. Yağla zəngin qidaların istifadəsi də məhdudlaşdırılmalıdır.
Qızardılmış yeməklər: Ramazan ayında orqanizmin sağlamlığını qorumaq üçün yemək hazırlamaq üçün qızartmadan başqa üsullardan istifadə etmək tövsiyə olunur.
4128990