"İQNA", "City News"-a istinadən xəbər verir ki, Kanadanın Monreal şəhərində müqəddəs Ramazan ayına hazırlıqlar sürətlə davam edir. Bu şəhərdə, mübarək ay ehtiyacları ilə əlaqədar iş adamları bir bazarda toplandı. Bazar Azzdah Events Group tərəfindən Dollard-des-Ormeaux-un Karnak Shriners bölgəsində, şəhərdəki yerli biznesi dəstəkləmək məqsədi ilə təşkil edilmişdir.
Bu bazarda 27 satıcı paltar və evdə hazırlanan yeməklər kimi məhsullar təqdim ediblər.
Ramazan bazarının təşkilindən məsul şəxs Əmbər Yunis deyib: Bu bazarda insanların Ramazan ayının ehtiyaclarını təmin etməsi üçün şərait yaradıldı.
O əlavə edib ki, bizə müxtəlif növ yemək lazımdır; Ramazan bizim üçün bayram vaxtıdır və biz artıq Ramazana hazırlaşırıq.
Azzdah Events qrupu aprelin 1-də daha bir Ramazan bazarına ev sahibliyi edəcək.
4129202