IQNA

Quranı yandıran şəxsin İngiltərəyə girişi qadağan edilib

19:58 - March 21, 2023
Xəbər sayı: 3493896
Britaniya bu ölkədə Quranları yandırmaq niyyətində olan danimarkalı ifratçı siyasətçi Rasmus Paludana ölkəyə giriş icazəsi verməyəcəyini açıqlayıb.

"İQNA", "Anadolu"-ya istinadən xəbər verir ki, Danimarkanın ifrat sağçı siyasətçisi Rasmus Paludan Quranın nüsxəsini yandırmaq kimi təxribat xarakterli hərəkətinə görə Britaniyaya girişinin qadağan ediləcəyini açıqlayıb.

Milli Təhlükəsizlik Naziri Tom Tugendhat, Veykfild şəhərinin nümayəndəsi Saymon Laytvudun sualına cavab olaraq, Paludanın xəbərdarlıq siyahısına əlavə edildiyini və Quranı yandırmaq üçün ölkəyə buraxılmayacağını bildirib.

İcmalar Palatasında daxili işlər nazirlərinə sual verən Laytvud deyib: "Danimarkalı ifratçı sağçı islamofob siyasətçi Rasmus Paludan, yalnız Quranı ictimai yerdə yandırmaq məqsədi ilə Danimarkadan Ueykfildə getməyi planlaşdırdığını söylədi".

O, davam etdi: "Paludan əvvəllər nifrət dolu və irqçi bəyanatlarına görə Danimarkada həbs edilib. O, bu ölkəyə buraxılmamalı olan təhlükəli adamdır. Təhlükəsizlik naziri məni və yaşadığım rayon əhalisini əmin edə bilərmi ki, hökumət bunun qarşısını almaq üçün tədbirlər görür?"

Togundat cavab verib ki, Paludan Quran nüsxəsi yandırdığı üçün ölkəyə buraxılmayacaq. O, sözlərinə belə davam edib: "Mən indi parlamentə məlumat verirəm ki, Paludan xəbərdarlıq siyahısına əlavə edilib və buna görə də onun Britaniyaya səfəri ictimai maraqlara uyğun olmayacaq və onun daxil olmasına icazə verilməyəcək".

4129322

captcha