IQNA

Ramazan ayında infaq etməklə bağlı 7 tövsiyə

17:08 - March 28, 2023
Xəbər sayı: 3493925
Orucun fəlsəfələrindən biri də varlıları kasıbların vəziyyətindən xəbərdar etmək və kasıblara rəğbət bəsləməkdir. Bu səbəbdən Ramazan ayında oruc tutanlar üçün ən mühüm tövsiyələrdən biri xalqa, xüsusən də yoxsullara sədəqə vermək və xeyirxahlıq etməkdir.

Ramazan ayında müsəlmanların ən mühüm adətlərindən biri ehtiyacı olanlara kömək etməkdir ki, bu da İslam mətnlərində müxtəlif aspektlərdə vurğulanır. Onların bəziləri ilə aşağıda tanış olacayıq:

1_ Halal maldan ehsan və infaq etmək

Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, qazandığınız təmiz maldan xərcləyin".

2_ Şəxslərin nüfuzunu qorumaqla infaq etmək

Mübarək Ramazan ayında gizli sədəqənin vacibliyi vurğulanır və deyilir: "Gizli sədəqə Allahın qəzəb atəşini söndürər".

3_ Ən yaxşılar şeylərdən infaq etmək

Qurani-Kərimdə buyurulur: "Yalnız sevdiyiniz şeylərdən xərclədiyiniz zaman yaxşılığa yetişərsiniz".

4_ Kasıb istəməmişdən qabaq infaq etmək

Hədislərdə qeyd olunur ki, insanın nüfuzunu qorumaq üçün ehtiyacı olanların ehtiyacını onlar ifadə etməmişdən əvvəl ödəmək daha yaxşıdır.

5_ Minnət qoymadan infaq etmək

Qurani-Kərim buyurur: "Ey iman gətirənlər, sədəqənizi minnət qoymaqla və əziyyət etməklə batil etməyin".

6_ Kasıb qohumlara kömək etmək

Rəhmət Peyğəmbərindən (s) soruşdular: Hansı sədəqə daha yaxşıdır? Buyurdu: "Yoxsul qohumlara sədəqə vermək".

Burada hər iki məna nəzərdə tutulur, əgər insanın qohumu kasıbdırsa, onu önə salmaq lazımdır. Əgər qohumu həmin şəxslə yola getmirsə və araları yoxdursa, şəxs onunla ünsiyyətdə olmaqla düşmənçiliyi kin-küdurəti aradan qaldırır.

Hədisdə buyurulur: "Nə qədər ki, qohumu möhtacdır, başqalarına sədəqə vermək caiz deyil.

7_ Zamana və məkanı riayət etmək

İbadətin, o cümlədən sədəqənin savabında zaman və məkan təsirlidir. Buna əsaslanaraq, insan Ramazan ayının gecə və gündüzlərində camaata xidmət etməyi, möminlərin işlərini sahmana salmağı, kasıblara, ehtiyacı olanlara sədəqə verməyi əsirgəməməlidir.

* "Kənzul-Məraram fi Əmali Şəhrs-Siyam" kitabından götürülmüşdür.

3894191

captcha