IQNA

İsveçdə Ramazan ayında Quranı ilə üns məclisi keçiriləcək

11:05 - April 03, 2023
Xəbər sayı: 3493951
Qurani-Kərimlə üns məclisi Ramazan ayı münasibətilə İsveçin paytaxtı Stokholmdakı İmam Əli (ə) İslam Mərkəzində keçiriləcək.

"İQNA", "Əş-şərq"-ə istinadən xəbər verir ki, bu məclis 15 aprel 2023-cü il şənbə günü yerli vaxtla saat 17:30-dan 20:30-a qədər İsveçdə İmam Əli (ə) İslam Mərkəzinin iclas zalında keçiriləcək.

Bu proqrama Qurani-Kərimin 25-ci cüzünün tilavəti (proqramın ilk saatı), İsveçdən olan dörd görkəmli qarinin qiraəti, Ramazan ayının suruduun oxunması, təfsir, Quran yarışması, Taha Ən-Nəbi (s) qrupunun təvaşih oxuması, məğrib və işa namazlarını camaatla qılmaq və iftar süfrəsi daxildir.

Həmçinin bu proqramda Ramazan ayı münasibətilə İsveçin İmam Əli İslam Mərkəzinin təşkil etdiyi “Ər-Rəhman” surəsinin əzbərlənməsi yarışmasının (yeniyetmələrə məxsus) qalibləri mükafatlandırılacaq.

İsveçin İmam Əli (ə) İslam Mərkəzi maraqlananları bu Ramazan Quran məclisində iştirak etməyə dəvət edib.

4131007

captcha