IQNA

Qədr gecəsi haqqında 4 əsas məqam

14:54 - April 09, 2023
Xəbər sayı: 3493990
Quran ayələrinə əsasən, Qədr gecəsi Allah yanında ən fəzilətli gecədir ki, onun üçün minlərlə savab və tövsiyələr deyilmiş və yazılmışdır. Bu gecənin müsəlmanlar arasında xüsusi dəyəri və yeri olan məxsus xüsusiyyətləri və əməlləri vardır.

Birinci mehvər: "Əzəmət"

لَيْلَةُ الْقَدْرِ خَيْرٌ مِنْ أَلْفِ شَهْرٍ؛ Qədr gecəsi min aydan daha qiymətlidir (Qədr, 3). Bu gecənin dəyəri Qurani-Kərimin bu gecədə nazil olması ilə bağlıdır. İnsanlar Qədr gecəsinin qədrini bilsələr, heç kimin qiymətləndirə bilməyəcəyi nəticə və işlər əldə edərlər. O gecənin əzəmətində bu yetər ki, insanları doğru yola yönəltmək üçün bütün Quran bu gecədə nazil olur. Mələklər və ruh Allahın bəndələrinə daimi sağlamlıq və əbədi bərəkət bəxş etmək üçün enirlər. Qədr gecəsinin əzəməti bu gecədə yaxşı əməllərin savabının çoxalmasına səbəb olur və həm də bu mübarək gecələrdə günah işləməyin cəzası artır.

İkinci mehvər: "Qədr gecəsinin gili olması"

Qədr gecəsinin mübarək Ramazan ayında olması bütün müsəlmanlar tərəfindən qəbul edilir və buna heç bir şübhə yoxdur. Çünki Allah buyurur: شَهْرُ رَمَضانَ الَّذی أُنْزِلَ فیهِ الْقُرْآنُ؛ Ramazan ayı Quranın nazil olduğu aydır” (Bəqərə, 85). Həmçinin buyurur: إِنَّا أَنْزَلْناهُ فِي لَيْلَةِ الْقَدْرِ؛  Biz onu (Quranı) Qədr gecəsində nazil etdik” (Qədr, 1).

Allah duaların arasında cavabı gizlətmişdir ki, möminlər bütün dualara üz tutsunlar; Necə ki, ölüm vaxtını gizlədib ki, insanlar onu hər an gözləsinlər. Buna görə də Qədr gecəsi məxfidir və onun dəqiq vaxtı məlum deyil. İmam Əli (ə) belə hesab edir ki, Qədr gecəsinin gizlin olmasının səbəbi möminlərin daha çox gecələrə dəyər vermələri və onun fəzilətlərini dərk etmək, yaxşı işlər görmək, günah və çirkinliklərdən çəkinmək və Allaha ibadət etməkdə daha çox səy göstərmələri üçündür. Buna uyğun olaraq Qədr gecələri mübarək Ramazan ayının 19, 21, 23 və 27-ci gecələrindən biridir. Müsəlmanlar bu gecələrin birində və ya bir neçəsində gecələyir və bu gecədən faydalanmaq üçün xüsusi ibadətlər edirlər.

Üçüncü mehvər: "Oyanış"

Qədr gecəsi müstəhəb əməllərindən biri də bu gecədə oyaq qalmaqdır. Qədr gecəsində oyanmaq haqqında hədislərin tövsiyəsi budur ki, insan sübh açılana qədər oyaq qalmalıdır, çünki “Qədr gecəsi”nin vaxtı günəşin batmasından səhərə qədərdir.

Dördüncü mehvər: “Quran qiraəti və dua etmək”

Qədr gecələrinə qeyd olunan digər bir mehvər Quran tilavəti, zikr, dua və özü, ata-anası və bütün möminlər üçün bağışlanma diləməkdir.

İmam Baqir (ə) buyurur: “Hər şeyin baharı vardır, Quranın baharı isə Ramazan ayıdır. Quranın müqəddəs ayda əhəmiyyəti çox böyükdür və Quranın Qədr gecəsində nazil olduğunu nəzərə alsaq, bu gecədə Qurana diqqət yetirmək və onu oxumaq xüsusi dəyərə malikdir və əhəmiyyətlidir.

Qədr gecələrində dua etmək barədə iki məqam vardır:

  1. A) Möminlər bu qiymətli gecələrdə başqaları üçün dua edir və bağışlanma diləyirlər. İlahi övliyalardan rəvayət edilmişdir ki, onlar bu üsul üçün dəlil gətiribər ki, biz başqaları üçün dua etdikdə, ilahi mələklər bizim üçün dua edər və onların duaları mütləq qəbul olar, lakin biz özümüz üçün dua etsək, etdiyimiz günahlara görə, mümkündür cavab almayaq, bəs nə üçün dəqiq olanı tərk edib, şübhəli olana üz tuturuq?
  2. b) Böyüklərdən və din rəhbərlərindən Qədr gecələrində oxumaq üçün müxtəlif dualar nəql edilmişdir. Yaxşıdır ki, onlardan istifadə edək. Çünki biz bu dualarda məzmunun və mənaların parlaqlığını görürük ki, bu da duaların məzmununun bəyənilməsinə dəlalət edir. Bu gecələrdə oxunmağa münasib olan dualardan bəziləri Məkarimul-əxlaq duası, Cövşən-Kəbir duası, tövbə duası və Səhifeyi-Səccadiyyədə gələn digər dualardır.
captcha