Həzrət Əli (ə) buyurur: Mən sizdən iki şeyə görə qorxuram: Biri nəfsani istəklərə tabe olmaq, digəri isə uzun arzular. «فامّا اِتّباعُ الهَوى فَیصُدُّ عن الحقّ و امّا طولُ الاَمَلِ فَیُنسِى الآخرة؛ ». "Çünki nəfsani istəklər sizi haqdan, uzun arzularınız isə qiyamət gününü yad etməkdən saxlayır".
Başqa bir hədisdə o həzrət (s) buyurur: «اَكثَرُ النّاس أملاً اَقلّهم لِلموتِ ذِكراً» "Çox uzun arzuları olanlar ölümü və qiyaməti az yad edənlərdirlər".
Məsuliyyətdən qaçmaq
Quran buyurur: «یُریدُ الانسانَ لِیَفجُرَ اَمامَه یَسئَلُ أیّانَ یَومُ القیامَة» "
"Lakin insan (bundan sonra da) önündəkini (qiyaməti) danmaq (pis işlər görmək) istəyər. Həmçinin (istehza ilə): Qiyamət günü nə vaxt olacaqdır? -deyə soruşar" (Qiyamət, 5-6).
Bəzən insan səhrada bir ağacdan və ya torpaqdan istifadə etmək istəyirsə, onun əxlaqi vicdanı və təqva ruhu ona deyir: "Əgər sahibi razı deyilsə, bunu etmə. Vicdanını aldadıb, öz istifadəsinə yol açır. Deyir: Bu torpağın və ağacların sahibi yoxdur".
Bəli, insanın elə bir əsaslandırma gücü var ki, bəzən özü də şüursuz şəkildə buna inanır. Psixoloji kökləri olan bu motivasiyaları “məsuliyyətdən yayınma” adlandırırıq.
Allahın qüdrətinə və elminə inamın olmaması
Quranın bir neçə ayəsində oxuyuruq ki, qiyaməti inkar edənlər qiyamətin inkarına dair heç bir elmi dəlillərə malik deyillər. Ancaq onlar qiyamətin mümkünsüz olduğunu hesab edirlər ki, biz də burada misal çəkirik:
* «و ما لَهم بِذلِك مِن عِلمٍ اِنْ هُم اِلاّ یَظنُّون» "Qiyaməti inkar edənlərin heç bir elmi dəlili yoxdur, onlar ancaq təxəyyül və zənnlə danışırlar" (Casiyə, 24).
* «زَعَم الّذینَ كَفروا أن لَن یُبعَثوا» "Kafirlər öldükdən sonra yenidən dirilməyəcəklərini güman edirlər" (Təğabun, 7).
*«اِذا ضَللنا فِى الارضِ ءانّا لَفِى خَلقٍ جَدید» "Biz ölüb çürüyüb, bədənimizin zərrələri yerə səpələnib, yoxa çıxanda yenidən yaradılacağıqmı?!" (Səcdə, 10).
* «ءاذا كنّا تُراباً ءاِنّا لَفِى خَلقٍ جَدید» "Biz çürüyüb torpaq olduqdan sonra da diriləcəyikmi?" (Mominun surəsi, 35 və 82, Nəml, 67, Saffat, 16 və 53, Qaf, 3 və Vaqiə, 47).
Müxaliflərin dediklərinə diqqət yetirdikdə görürük ki, onların yeganə bəhanəsi Qiyamət gününün baş verməsini qeyri-mümkün hesab etməkdir. Lakin Quran onlara aydın cavablar verir ki, bunun nümunələrini (məadın mümkünlüyü) bəhsində qeyd etdik. Burada bir hədis əlavə edirik ki, Allah Rəsulu (s) buyurmuşdur: "Nə vaxt yaz fəslini görsəniz, Qiyaməti və öldükdən sonra dirilməyi xatırlayın".
Quran ayələrində ölülərin dirilməsinin yerin və ağacların dirilməsi kimi bir şey olduğu məsələsi təkrar-təkrar bildirilir.
Bəli, qiyamətin inkar edilməsinin səbəbi insanın Allahın qüdrətinə inanmamasıdır. Ona görə də Quran müxaliflər üçün ilahi qüdrətdən nümunələr gətirir və buyurur: "Sizi yaradan eyni güc sizi məhv edib yenidən dirildə bilər. Məlumdur ki,çürümüş zərrələri birləşdirmək yaratmaqdan daha asandır (hərçənd Allah üçün heç bir şey çətin deyil(.