Bu gün hər anı dəyərləndirilməli olan bir gündür. Çünki Ramazan ayında aşiqliyin son günüdür. Bu gündə Allahdan böyük bir şey istəmək lazımdır. Ramazandan sonrakı il boyu imanımızı qorumağa kifayət edən bir hacət diləməliyik. Ramazan ayının 29-cu gününün duasında Allahın sonsuz rəhmətinə qovuşmağı diləyirik.
Ramazan ayının iyirmi doqquzuncu gününün duasında Allahdan diləyirik:
اللهمّ غَشّنی بالرّحْمَةِ وارْزُقْنی فیهِ التّوفیقِ والعِصْمَةِ وطَهّرْ قلْبی من غَیاهِبِ التُّهْمَةِ یا رحیماً بِعبادِهِ المؤمِنین
"İlahi, bu gün məni öz sonsuz rəhmətinlə əhatə et! Bu gün mənə qüvvət və ismət nəsib et! Ürəyimi töhmətçilik qaranlığından təmizlə! Ey mömin bəndələrinə rəhmli olan Allah!"
ilahi rəhmətə qərq olmaq
Allahdan diləyirik ki, bizi Öz rəhmət və məhəbbətinə qərq etsin. Öz rəhmətini bizim halımıza şamil etsin və bütün varlığımızı ilahi rəhmətlə əhatə etsin. Çünki Allah kiməsə Öz rəhmətindən bir nemət bəxş etmək istəsə, heç kim buna mane ola bilməz. Əgər O, mərhəmətini kimsədən əsirgəmək və ona verməmək istəsə, bütün dünya onu ona çatdıra bilməz.
Günahı tərk etməkdə müvəffəq olmaq
Allahın insana bəxş etdiyi uğur, Ona itaət və bəndəlik yolunda addımlamaqdır. İnsan Allah ona qüvvət və qüdrət vermədikcə və işlərində tofiq vermədikcə, heç bir iş görə bilməz. Çünki Allah hər şeyi yaradandır. dünyanın bütün məxluqlarını və hər şeyi əhatə edir və hər şeyə qadirdir.
Günahı tərk etmək və qəlbi hər cür çirkabdan təmizləmək üçün göstərişlər:
1_ Günahın şəraitindən uzaqlaşmaq: a. Gözə nəzarət b. Qulağa nəzarət c. Pis dostları ilə yoldaşlıqdan uzaqlaşmaq.
2_ Günah düşüncəsini tərk etmək
Allahın möminlərə xüsusi mərhəməti
Mərhəmət iki yerə bölünür: ümumi rəhmət və xüsusi rəhmət: Ümumi rəhmət bütün varlıqları ehtiva edir, hətta kafirlər və günahkarlar da Allahın ümumi rəhmətindən xaric deyillər. Həm kafirləri, həm də möminləri əhatə edən həyat neməti kimi. Lakin Allahın xüsusi mərhəməti yalnız Haqq-Taalanın saleh və layiqli bəndələrini əhatə edir. Allahın dünyadakı xüsusi rəhmətinin mənası gözəl həyat sürmək və düz yolda yaşamaq, axirətdə cənnətə və Allahın razılığına çatmaqdır.
* Höccətül-İslam Ruhullah Bidramın yazdığı "Oruc tutanların Pıçıltıları" kitabından götürülmüşdür.
3971087