IQNA

Pakistanda terror: Onlarla ölü və yaralı var

13:39 - April 25, 2023
Xəbər sayı: 3494075
Pakistanın şimal-qərbində terror aktı törədilib. Nəticədə 8 polis əməkdaşı həyatını itirib, daha 57 nəfər isə yaralanıb.

İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) shafaqna-ya istinadən xəbər verir ki, hücum Xeybər-Paxtunxva əyalətinin Svat bölgəsində törədilib.

Terrorçuların hədəfi Pakistan Terrorçuluqla Mübarizə İdarəsinin əməkdaşları olub.

Nəticədə 8 polis əməkdaşı həyatını itirib, daha 57 nəfər isə yaralanıb.

İki partlayış törədilib, blokpost tikilisi tamamilə dağılıb.

Hadisə yerində xilasedicilər işləyirlər.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, terror aktı kamikadze tərəfindən törədilib.

captcha