IQNA

BMT Fransada müsəlmanların hüquqlarının pozulmasını tənqid edib

10:08 - May 03, 2023
Xəbər sayı: 3494116
BMT-nin İnsan Haqları Şurası iclasda Fransada müsəlmanların və mühacirlərin hüquqlarının irqçi təhqirlər və polis vəhşiliyi ilə pozulmasını tənqid edib.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, BMT-nin İnsan Haqları Şurasının Fransanın bu sahədəki keçmişini araşdırmaq üçün iclas keçirib. Sonda BMT Parisi müsəlmanların və mühacirlərin hüquqlarını pozmaq, irqçi təhqirlər və polis vəhşiliyinə görə tənqid edib.

Tunis də daxil olmaqla bir sıra ölkələr Fransanı zorakılıq və irqi ayrı-seçkiliklə mübarizədə daha çox işlər görməyə çağırıb.

ABŞ nümayəndəsi deyib: “Biz Fransaya antisemitizm və müsəlmanlara nifrət kimi dini nifrətdən qaynaqlanan cinayətlər və zorakı təhdidlərlə mübarizədə səylərini gücləndirməyi tövsiyə edirik”.

Braziliya və Yaponiya təhlükəsizlik qüvvələrinin irqçi davranışını pisləyib. Cənubi Afrika isə Parisi iki polis məmurunun iştirak etdiyi bütün irqçi hadisələrlə bağlı qeyri-polis qurumları tərəfindən qərəzsiz araşdırmaların aparılmasını təmin etmək üçün tədbirlər görməyə çağırıb.

Fransa nümayəndə heyətinin rəhbəri, qadın hüquqları və gender bərabərliyi naziri İzabelle Rome bu tənqidlərə birbaşa cavab vermədi, lakin irqçilik və antisemitizmi “respublika üçün zəhər” kimi qiymətləndirdi.

4137976

 

captcha