IQNA

Quran nə deyir? / 50

Möminlərin həmrəyliyi

15:31 - May 09, 2023
Xəbər sayı: 3494147
Baxış fərqliliyi bəzən möminlər arasında ayrılıq və məsafə yaradır. Amma Quran xüsusi bir həll yolu təqdim edərək hər kəsi birliyə dəvət edir.

"Hamılıqla Allahın ipinə (dininə, Qurana) möhkəm sarılın və (firqələrə bölünüb bir-birinizdən) ayrılmayın! Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi (islam ilə) birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz oddan olan bir uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah Öz ayələrini sizin üçün bu şəkildə aydınlaşdırır ki, haqq yola yönəlmiş olasınız!" (Ali-İmran, 103).

“İlahi ip”dən məqsəd Allahın pak zatıyla hər hansı bir əlaqə vasitəsidir, istər bu vasitə İslam, istər Quran, istərsə də Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) olsun.

Bu ayə vəhdət və qardaşlığın böyük nemətinə işarə edir. Müsəlmanları keçmişin acınacaqlı vəziyyəti haqqında düşünməyə, o “təfriqəni” bu “birlik”lə müqayisə etməyə dəvət edir.

Burada O, möminlərin qəlblərinə bir-birinə birləşdirib mehriban etməyi Özünə aid edərək buyurur: “Allah sizin qəlblərinizdə bağlılıq yaratmışdır”. Bu təbirlə İslamın ictimai bir möcüzəsinə toxunur. nəzərdə tutur. Ərəblərin əvvəlki düşmənçililiklərini araşdırsaq, bunu görərik.

İncə məqamlar

Qəlblər arasında bağlılıq yaratmaq ancaq Allahın əlindədir. «فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ» Quran Peyğəmbərə buyurur: "Onların (bir-birinə düşmən Ovs və Xəzrəc qəbilələrindən olan ənsarın) ürəklərini (ülfətlə, dostluqla) birləşdirdi. Əgər sən yer üzündə nə varsa, hamısını xərcləsəydin belə, yenə də onların ürəklərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi (aralarında ülfət yaratdı)" (Ənfal, 63).

Təfriqə Allahın əzab və cəzalarındandır. Həmçinin İslamda vəhdət yaratmaq üçün yalan danışmaq caiz, parçalanmaya səbəb olan həqiqəti söyləmək isə haramdır.

Mesajlar

1_ Birlik və təfriqədən çəkinmək ilahi bir vəzifədir. «وَ اعْتَصِمُوا»

2_ Vəhdət oxu Allahın dini olmalıdır, irq, dil, milliyyət və s. deyil. «بِحَبْلِ اللَّهِ»

3_ İslamın nemət və xidmətlərindən qafil olmayın.

«إِذْ كُنْتُمْ أَعْداءً فَأَلَّفَ بَيْنَ قُلُوبِكُمْ»

4_ Birlik qardaşlıq amilidir. «فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْواناً»

5_ Vəhdət Allahın böyük nemətlərindəndir. «فَأَصْبَحْتُمْ بِنِعْمَتِهِ إِخْواناً»

6_ Təfriqə və düşmənçilik od uçurumudur. «شَفا حُفْرَةٍ مِنَ النَّارِ»

7_ Allahın nemətləri Onun ayələridir. «وَ اذْكُرُوا نِعْمَتَ اللَّهِ ... يُبَيِّنُ اللَّهُ لَكُمْ آياتِهِ»

8_ Allahın nemətlərini xatırlamaq sevginin səbəbi və hidayətin əsasıdır. «وَ اذْكُرُوا نِعْمَتَ اللَّهِ ... لَعَلَّكُمْ تَهْتَدُونَ»

captcha